Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Abdullah
Gülə
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 14 may 2014-cü il.
Azərbaycan.- 2014.- 15 may.- S.2.