Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması yaralanması xəbərindən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 may 2014-cü il

Azərbaycan.- 2014.- 15 may.- S.2.