Azərbaycan Hökuməti ilə Dünya Əqli Mülkiyyət Təşkilatı
arasında əməkdaşlıq haqqında Anlaşma
Memorandumu imzalanmışdır
Mayın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan.-
2014.- 15 may.-S.6.