“ADA” Universitetində “Müasir Azərbaycan gənci və onun gələcəyə baxışı” mövzusunda seminar keçirilmişdir

 

“ADA” Universiteti tələbələrin özlərini inkişaf etdirmələrinə və onların gələcək karyera planlarına kömək məqsədi ilə silsilə seminarlar keçirməyə başlamışdır.

AzərTAc xəbər verir ki, Universitetdə ilk belə seminar mayın 14-də “Müasir Azərbaycan gənci və onun gələcəyə baxışı” mövzusunda keçirilmişdir.

Seminarda çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onların səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırmışlar. Bildirmişlər ki, gənclər də onlar üçün yaradılan imkanlardan maksimum faydalanmalı, yeni təşəbbüslərlə çıxış etməlidirlər.

Qeyd edilmişdir ki, Azərbaycanda gənclərin öz arzu və ideyalarını gerçəkləşdirmələri üçün bütün imkanlar vardır. Onlar fəal olmalı, maraqlı layihələr hazırlmalıdırlar.

Çıxışlarda gənclərin həyatında təhsilin önəmli rolu xüsusi qeyd edilmişdir.

 

Azərbaycan.- 2014.- 15may.- S.7.