Əskişəhərdə “Xəzərin Piri Seyid Yəhya Şirvani” sənədli filminin təqdimatı olmuşdur

 

Əskişəhərdə Türkiyə və Azərbaycanın ortaq mənəvi mirası olan Seyid Yəhya Şirvaninin zəngin və mənalı həyatı haqqında çəkilmiş “Xəzərin Piri Seyid Yəhya Şirvani” sənədli filminin təqdimatı keçirilmişdir.

Təqdimatda qardaş ölkənin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, görkəmli elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, yerlixarici media təmsilçiləri iştirak etmişlər.

Filmin çəkilişlərində iştirak edən tədqiqatçılar, o cümlədən sənədli filmin əhəmiyyəti barədə jurnalistlərə müsahibə verən Türkiyə rəsmiləri bu qiymətli efir əsərinin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu yüksək dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2013-cü il UNESCO tərəfindən “Seyid Yəhya Şirvani İlielan edilmişdir. Bu münasibətlə hazırlanan sənədli filmin ən böyük məqsədi Seyid Yəhya Şirvaninin həyat və yaradıcılığını, qiymətli əsərlərini, Osmanlı dövlətindəki tarixi rolunu və dəyərli fikirlərini başda türk dünyası olmaqla beynəlxalq ictimaiyyətlə bölüşməkdir.

Təqdimatın rəsmi hissəsində çıxış edən Türkiyənin təhsil naziri Nəbi Avcı, Əskişəhərin valisi Güngör Azmi Tuna, Türkiyə Böyük Millət Məclisinin deputatı Feramuz Üstün və başqaları Seyid Yəhya Şirvaninin zəngin həyat və yaradıcılığının əhəmiyyətindən bəhs etmişlər. Natiqlər bildirmişlər ki, zəmanəsinin böyük alimi Y.Şirvaninin bütün yaradıcılığı bəşəri dəyərlərə həsr olunmuşdur. Onun insanların fikir və düşüncəsinin inkişafına yönəlmiş elmi fəaliyyəti dünya bilik xəzinəsi üçün böyük bir sərvətdir. Doğma yurdu Azərbaycana olan tükənməz məhəbbəti Şirvaninin bütün fəaliyyətində özünü göstərmişdir. Şirvani iki qardaş ölkənin ortaq mənəvi mirasıdır. Bu sənədli film qardaş ölkələrimiz arasındakı kökü əsrlərin dərinliyinə gedib çıxan qardaşlıq və dostluq əlaqələrinin daha sürətlə genişlənməsinə böyük töhfələr verəcəkdir.

Məlumat verilmişdir ki, filmin təqdimatının Əskişəhərdə keçirilməsi bu şəhərin 2013-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması ilə əlaqədardır. UNESCO tərəfindən 2013-cü ilinSeyid Yəhya Şirvani İlielan edilməsi münasibətilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əskişəhər Valiliyi, TÜRKSOY və bir neçə QHT-nin birgə layihəsi əsasında çəkilmiş sənədli filmin əsas hissələri Azərbaycan Respublikasının müxtəlif bölgələrində lentə alınmışdır.

Filmin direktoru Yeşim Özcan jurnalistlərə müsahibəsində bildirmişdir ki, bu layihənin ortaya çıxması və reallaşması türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fəlsəfəsinə real baxışdır. Seyid Yəhya Şirvani Azərbaycan və Osmanlı mədəniyyəti tarixində önəmli şəxsiyyətlərdən biri kimi Mövlanə və Əhməd Yəsəvi kimi dahilərlə müqayisə oluna bilər. Lakin XVI əsrdən etibarən Azərbaycanda meydana gələn ideoloji dəyişikliklər səbəbindən bu böyük insan uzun illər unudulmuşunutdurulmuşdur. Əgər Osmanlı qaynaqları olmasaydı onun haqqında tarixi məlumatlar əldə etmək ciddi bir problemə çevriləcəkdi. Tarixi gerçəklikləri zaman öz axarına salmış, son illərdə onunla bağlı kitabların yazılmasından sonra tanınmış, bu böyük şəxsiyyətin Bakıdakı Şirvanşahlar Sarayında yerləşən türbəsi ziyarət edilməyə başlanmışdır.

Filmin direktoru fikirlərini belə yekunlaşdırmışdır: Biz filmin çəkilişi zamanı Azərbaycanda bir sıra tarixi ünvanlara müraciət etdik. İnsanlar böyük bir sayğı ilə köməkliklərini əsirgəmədilər. Ən böyük və təmənnasız yardımı isə Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevadan aldıq. Bu xeyirxah işdə bizə yardımçı olanların hamısına təşəkkür edirik”.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Azərbaycan.- 2014.- 15 may.- S.11.