Səhiyyə naziri Quba şəhərində vətəndaşları
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müxtəlif tədbirlər görürlər.
Regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 14-də səhiyyə naziri Oqtay Şirəliyev Quba Diaqnostika Mərkəzində ölkənin şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları və Sumqayıt şəhəri sakinlərinin, həmçinin Qubadlı rayonundan olan məcburi köçkünlər onları narahat edən məsələlərə bağlı nazirə müraciət etmişlər.
Oqtay Şirəliyev müraciətləri diqqətlə dinləmiş, Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir.
Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbulda, ümumilikdə, 30-dan çox vətəndaş iştirak etmişdir.
Vətəndaşlar bölgələrdə qəbulun təşkilinə və onlar üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-
2014.- 15 may.- S.9.