Azərbaycan Dövlət Nəşriyyatı
– «Azərnəşr»in əməkdaşlarına «Əməkdar
mədəniyyət işçisi» fəxri
adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında nəşriyyat işi sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr"in aşağıdakı əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:
Qasımov Mirqalim Mirabdulla oğlu
Məmmədyarova Elmira Kamil qızı
Mikayılzadə Pikəxanım Qulam qızı.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2014-cü il
Azərbaycan.-
2014.- 16 may.- S.1.