Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

 

Quliyev Anar Adil oğlu

Primov Eldar Əskər oğlu

 

"Tərəqqi" medalı ilə

 

Cəfərova Reyhan Ələsgər qızı

Kazımova Esmira Zeynal qızı

Rüstəmov Teymur Aslan oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 may 2014-cü il

Azərbaycan.- 2014.- 17 may.- S.1.