Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında «İçərişəhər»
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin əməkdaşlarına «Əməkdar mədəniyyət
işçisi» fəxri adının
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:
Abdullayev Fikrət Fail oğlu
Əliyeva Gülnar Ələkbər qızı
Məmmədova Sevil Məmmədxan qızı
Məmmədova Svetlana Lətif qızı
Mirzəyeva Səadət Məmmədəli qızı
Rzayeva Rəna Fərid qızı
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 may 2014-cü il
Azərbaycan.-
2014.- 17 may.- S.1.