Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanın daxili işlər naziri ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Şimal-Qərb Regional Mərkəzində keçirilən görüşdə nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər naziri bildirmişdir ki, Azərbaycan ilə Gürcüstanın müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2014.- 17 may.- S.3.