Azərbaycan Respublikasının baş prokuroru Cəlilabad
şəhərində vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov mayın 16-da saat 11:00-da Cəlilabad Rayon Prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin-437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Azərbaycan.- 2014.-
17 may.- S.4.