Bakıda Dünya Telekommunikasiya və İnformasiya
Cəmiyyəti Günü qeyd olunmuşdur
Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 17 may-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın hədəfləri: problemlər, vəzifələr və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizdə reallaşdırılan informasiya cəmiyyəti quruculuğunun elmi-nəzəri, texnoloji, inzibati, hüquqi, iqtisadi, sosial və mədəni aspektləri müzakirə olunmuşdur.
Azərbaycan,-
2014.- 17 may.- S.5.