«Elektron məhkəmə» informasiya sisteminin tətbiqi zərurətdir

 

Azərbaycanda müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, vətəndaşların hüquq mənafelərinin qorunması istiqamətində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü strateji xətt möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdədir. Ölkəmizin malik olduğu, demokratik inkişafı beynəlxalq hüquqi məkana inteqrasiyanı təmin edən hüquq qanunvericilik sistemi daim təkmilləşdirilir.  Xalqımızın dövlətçilik məqsədlərinə milli-mənəvi dəyərlərinə uyğun öz hüquq qanunvericilik sisteminin yaradılması Azərbaycanın müstəqilliyinin  çox mühüm nailiyyətlərindəndir. Bu sistemin əsas fəaliyyət prinsiplərindən biri kimi ölkə vətəndaşlarının hüquq azadlıqlarının ədalət mühakiməsi yolu ilə qorunması işinin təkmilləşdirilməsi, dövrün tələb çağırışlarına uyğun şəkildə yeniləşdirilməsi müasirləşdirilməsi prosesi isə getdikcə genişləndirilir.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli sərəncamı dövlət qurumlarının fəaliyyətində elektron xidmətlərin genişləndirilməsi korrupsiyaya zəmin yaradan birbaşa təmasların minimum səviyyəyə endirilməsi istiqamətində son üç ildə ardıcıllıqla həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olmaqla ədalət mühakiməsinin keyfiyyətcə yeni bir səviyyəyə qaldırılmasını nəzərdə tutur. Sərəncamda qeyd olunduğu kimi, müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir. Sənəddə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan vətəndaşların hüquq azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun bu yaxınlarda mətbuatda dərc olunmuş müsahibəsində deyilmişdir ki, dövlət başçısı İlham Əliyevin bilavasitə tapşırığı ilə əhaliyə səmərəli xidmət göstərilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması vətəndaş məmnunluğunun artırılması üçün həyata keçirilən məqsədyönlü strategiya məhkəmə sistemində əksini tapmaqdadır. Müasir informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramlarının qəbulu, "Elektron Azərbaycan" layihəsinin icra olunduğu, əhaliyə göstərilən elektron xidmətlərin günbəgün genişləndirildiyi, korrupsiya ilə mübarizədə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycanın milli brendi kimi tanınaraq əhalinin böyük etimadını qazanan "ASAN" xidmətin təsis edilməsi sayəsində vətəndaş-məmur münasibətləri keyfiyyətcə yeni müstəviyə keçmişdir. Bu baxımdan həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir.

Onu da qeyd etmək lazımdır ki, məhkəmələrin elektronlaşdırılması sahəsində ilkin tədbirlər dövlət başçısının əvvəlki illərdə imzaladığı bir sıra rəsmi sənədlərdə nəzərdə tutulmuş, bu istiqamətdə bəzi pilot layihələr icra olunmuşdur.

"Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli fərmanında,  2011-ci ildə qəbul edilmuiş "Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı"nda, 2012-ci ildə qəbul edilmiş "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda,  həmçinin "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda insan hüquq azadlıqlarının təmin edilməsi sahəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi zəruri sayılmışdır.

Ölkənin uzunmüddətli inkişafının strateji hədəflərini müəyyənləşdirən, 2012-ci ildə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının "Qanunvericiliyin təkmilləşdirilməsi institusional potensialın gücləndirilməsi" bölməsində göstərilir ki, hüquq mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq açıqlıq prinsiplərinin rəhbər tutulması təmin ediləcək, məhkəmə infrastrukturu təkmilləşdiriləcək, bu fəaliyyətə elektron xidmətlər inkorporasiya ediləcək vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları artırılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın "Elektron hökumət"in inkişafı" adlanan 10-cu bəndi isə bilavasitə icra məhkəmə orqanlarının fəaliyyətində elektron xidmətlərin genişləndirilməsi ilə bağlı məsələləri özündə ehtiva edir. Son illər elektron xidmətlər, əsasən, müvafiq nazirlik, komitə, xidmət agentliklərin fəaliyyətini əhatə etmişdir. Şübhəsiz, məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi bu sahədə yeni üsul vasitələrinin, innovativ yeniliklərin tətbiqini zəruri edir. Elektron xidmətlər məhkəmə orqanları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirməklə, neqativ hallara şərait yaradan halları aradan qaldırır, korrupsiyaya qarşı mübarizə baxımından vacib əhəmiyyət daşıyır.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində məhkəmələrdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə başlanılmış, yeni inşa edilmiş məhkəmə binaları müasir idarəetmə proqramları ilə təchiz olunmuşlar.

Son illərdə məhkəmə sistemində aparılan islahatlar zamanı İKT-nin tətbiqi ilə bağlı görülmüş işlər öz müsbət nəticələrini verməkdədir. Məhkəmə Hüquq Şurası Rabitə İnformasiya Texnologiyaları Nazirliyi (hazırda Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən hazırlanmış "Elektron məhkəmə bildirişlərinin tətbiqinə dair" Konsepsiya əsasında "Elektron-məhkəmə məlumat sistemi" işlənmiş tətbiq edilmişdir. Bu proqram birinci instansiya məhkəmələrinə daxil olan işlər üzrə elektron qeydiyyatını aparmağa imkan verir. Bundan başqa, məhkəmə iclası barədə bildirişlər  hakimin elektron imzası ilə təsdiq olunur dərhal tərəflərin "e-mail" ünvanlarına ya mobil telefonlarına "SMS" formasında göndərilir. Beləliklə , proses iştirakçılarının məhkəmə iclasının yeri vaxtı barədə məlumatlandırılması kimi indiyə problemli sayılan bir məsələ öz həllini tapır məhkəmə bildirişlərinin vaxtında çatdırılması məhkəmələrdə çəkişmə prinsipinə lazımi səviyyədə əməl edilməsinə şərait yaradır.

Yeni inşa olunan məhkəmə binalarında çalışan həmkarlarımız  müasir İKT-nin tətbiqi sayəsində daha səmərəli operativ fəaliyyət göstərmək imkanı qazanmışlar. Belə ki, Məhkəmə Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur yaradılmış, proseslərin daha dəqiq sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan "Femida" sistemi qurulmuş, videokonfranslar, təqdimatlar keçirilməsi üçün zəruri infrastruktur formalaşdırılmışdır. Müasir konfrans zallarında hakimlər məhkəmə işçiləri Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşula bilirlər. İlk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı video konfrans telefon sistemi ilə 6 qurumla eyni vaxtda müzakirələr aparmaq mümkündür.

Məhkəmələrə müraciətlərin asanlaşdırılması məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri məhkəmə sisteminin http://courts.gov.az ünvanlı vahid internet portalı yaradılmasıdır. Portal ali, apelyasiya birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri s. barədə ətraflı məlumat almaq, iddia ərizələri digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət ünvanlamaq cavab almaq imkanı yaradır.

Portalda respublikamızın məhkəmə hüquq sisteminə üç il əvvəl yeni daxil olmuş birinci instansiya məhkəməsi kimi inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinin elektron izlənməsi imkanları mövcuddur. Burada ölkəmizdəki mövcud inzibati-iqtisadi məhkəmələr, onların hakimləri haqqında məlumatlar, baxılan işlərə dair həftəlik təqvimlər, məhkəmə aktları yerləşdirilmişdir.

Ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatlarının nəticəsi olaraq "İnzibati icraat haqqında" qanunun, İnzibati-Prosessual Məcəllənin qüvvəyə minməsi və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlaması vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi istiqamətində çox mühüm addım olmuşdur. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi, həmçinin, hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxan bu məhkəmələr ölkəmizdə müasir vətəndaş cəmiyyətinin formalaşmasına, eləcə də vətəndaş-məmur münasibətlərində yaranan mübahisələrin qısa zamanda çevik və ədalətli həllinə imkan yaradır.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması digər məhkəmə orqanları kimi inzibati-iqtisadi məhkəmələrin də fəaliyyətinin təkmilləşdirilməsində və modernləşdirilməsində mühüm rol oynayacaqdır.

Yeni sistem ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu; cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini; məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını; məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini; məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını; məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını; işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını; qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini; sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını; "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı; məhkəmə statistikasının elektron qaydada aparılmasını; məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını nəzərdə tutur.

Bu sistemin tətbiqi vətəndaşlara məhkəmələrə elektron formada müraciət ünvanlamaq, proses barədə məlumatları elektron daşıyıcıda operativ şəkildə əldə etmək, məhkəmə proseslərini audio-video və digər texniki vasitələrlə qeydə almaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradacaqdır. Nəticədə vətəndaşların vaxt itirərək şəxsən məhkəmələrə gəlmələrinə və poçt xidmətlərindən istifadə etmələrinə ehtiyac qalmayacaqdır. Məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların elektron qaydada ötürülməsi prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını da aradan qaldıracaqdır. Yeni sistemə əsasən, tərəflər vəsatət və şikayətləri də informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərəcək və qəbul edəcəklər.

Sərəncamda göstərilmiş məsələlərin praktik surətdə reallaşdırılması hər bir vətəndaşa istənilən məkandan internet vasitəsilə, real vaxt rejimində və sonradan məhkəmə proseslərini izləmək imkanı yaradacaqdır. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir. Nəticədə məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunması halları aradan qalxacaqdır. Bundan başqa, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron "şəxsi kabinetə" malik olacaq, işlərin elektron dövriyyəsi təşkil ediləcəkdir.

Yeni informasiya sistemi hər bir proses iştirakçısının məhkəmədə işlərin təyin olunduğu vaxt, proseslərin aparılacağı yer (məhkəmə zalları) və müvafiq hakimlər barədə məlumatları sərbəst şəkildə əldə etmək üçün elektron cədvəllərin tərtib olunmasını da vacib məsələ kimi önə çəkir. Bu isə vətəndaşların məhkəmə prosesinin vaxtı və yeri barədə düzgün məlumatlandırılmaması ilə bağlı yaranan mübahisə və narazılıqların qarşısını alacaqdır.

"Elektron məhkəmə" informasiya sisteminin digər dövlət qurumlarında formalaşdırılan informasiya sistemlərinə, habelə "Elektron hökumət" portalına inteqrasiyası isə vətəndaşlara e-xidmətlərdən "bir pəncərə" prinsipi əsasında bəhrələnmək imkanı yaradacaqdır.

Mühakimə prosesinin texnoloji baxımdan modernləşdirilməsi məhkəmə aktlarının və məlumatlarının istifadəçilərə çatdırılmasını asanlaşdıracaqdır. Bir sıra ölkələrin təcrübəsi də bunu təsdiqləyir. Belə ki, ABŞ məhkəmə sistemində yüz minlərlə mühakimə işi barədə məlumatlara çatımlılığı təmin edən

"e-court" - elektron məhkəmə vardır. 1998-ci ildən ölkənin bütün federal məhkəmələrində sənəd və məlumatların elektron formatda saxlanması üçün "İşlərin idarə olunması/Elektron arxiv" (Case Management/Electronic Case Files (CM/ECF)) sistemi tətbiq edilir. Bu, öz növbəsində, "Elektron məhkəmə hesabatlarına açıq çıxış" (Public Access to Court Electronic Records) sistemi ilə tamamlanan inteqrəolunmuş bir sistemdir.

Çexiya, Avstriya, Sloveniya, Türkiyə, Sinqapur və digər dövlətlərdə tətbiq edilən təcrübə, o cümlədən iddiaların elektron formada təqdimi və qeydiyyatı, tərəflərin SMS və digər elektron üsullarla məlumatlandırılması, müxtəlif məlumat bazaları ilə inteqrasiyanın aparılması diqqəti xüsusi cəlb edir. Bununla belə, hələlik Avropa məkanında cəmi 4 dövlətin məhkəmə sistemində (Avstriya, Estoniya, Malta və Portuqaliya) müasir İKT-nin tam tətbiq olunduğunu demək olar. Ölkəmizdə də "Elektron məhkəmə" informasiya sisteminin yaradılması əhəmiyyətli olduğu qədər mürəkkəb və çoxmərhələli prosesdir.

İctimai istifadə üçün çatımlılıq imkanı - "e-məhkəmə" sisteminin aşkar üstünlüyüdür. "Elektron məhkəmə" saxlanılan məlumatların qorunmasının və təhlükəsizliyinin yüksək səviyyəsini təklif edir. "Elektron məhkəmə" işlərinə giriş imkanı yalnız iddiaçı və cavabdeh tərəfə verilir. Əgər siz iddiaçı və ya hüquqi nümayəndəsinizsə, günün istənilən vaxtında - gecə və gündüz öz işinizlə bağlı məhkəmə hesabatlarını və yazışmaları elektron şəkildə əldə edə bilərsiniz.

Məhkəmə iclaslarının səsyazma vasitələri ilə qeydə alınması həm hakimlərin, həm də proses işirakçılarının intizam və məsuliyyətini artırır, çünki səsyazısından sözü çıxarıb atmaq olmur. Məhkəmə iclasının əl yazısı ilə protokollaşdırılması isə sadələşdirilir və bu, iclasın gedişinin qeydə alınmasının əlavə vasitəsi kimi qalır.

Bildirişlərin çatdırılmasının ənənəvi qaydası məhkəmə çəkişmələrinin bəzi səhlənkar iştirakçılarına öz hüquqlarından sui-istifadə etmək - məhkəmə iclası haqqında bildirişi almaqdan yayınmaq prosesini uzatmaq və ya bildirişi  vaxtında almadığı bəhanəsi ilə sonradan məhkəmə aktlarından şikayət etmək imkanı verirdi. "E-məhkəmə" sisteminin tətbiqi  - iddia ərizəsinin və ya icraata dair şikayətin qəbul edilməsi, icraatın başlanması, məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin internet üzərindən, yaxud mobil rabitə vasitəsi ilə  iştirakçılara çatdırılması belə halları aradan qaldıracaqdır.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli sərəncamına əsasən "Elektron məhkəmə" sisteminin yaradılması ədalət mühakiməsinin şəffaflığının təmin edilməsində, məhkəmə aşkarlığı prinsipinin bərqərar olmasında və neqativ halların aradan qaldırılmasında təsirli və əhəmiyyətli rol oynayacaq. Bu da öz növbəsində Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin dərinləşməsinə, vətəndaş və insan hüquq və azadlıqlarının məhkəmə təminatına şərait yaradacaqdır.

 

Rəşid RZAYEV,

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri

Azərbaycan.- 2014.- 17 may.- S.5.