Rənglərin musiqisi

 

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi zalında Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan rəssamı İlham Məhərrəm oğlu Mirzəyevin fərdi sərgisinin açılış mərasimi keçirilmişdir.  Sərgi həftənin sonuna kimi davam edəcəkdir.

Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirən İ.Mirzəyev 1986-cı ildən yaradıcılıqla məşğuldur.  1991-ci ildən isə SSRİ Rəssamlar İttifaqının, keçmiş ittifaqın süqutundan sonra isə Azərbaycan Rəssamlar  İttifaqının üzvüdür. İ.Mirzəyev öz yaradıcılığında başqalarına bənzəmək, başqalarını təlqin etmək kimi asan yollardan imtina etdiöz dəsti-xəttini, üslubunu cilaladı. OnunGün gələcək”, “Dağların çiçək rəqsi” kimi ilk əsərləri tamaşaçını valeh etməklə yanaşı, təlatümlü rəssam ruhunun çılğın rənglərinin kimsəyə bənzəmədiyini bir daha təsdiq etdi. 

İttifaqın süqutu, Qarabağ müharibəsi, muxtar respublikanın ağır blokadası və Naxçıvanın sərhədləri boyu gedən aramsız döyüşlər hamı kimi İlhamın özünə və yaradıcılığına ciddi təsir etdi, maraqlı tabloların yaranmasına, onun rəsmlərinin dərin fəlsəfi məzmununun inkişafına təkan verdi.

 İlk dəfə İ. Mirzəyevin 3 əsəri 2010-cu ildə Moskvada Rəssamlar evində “Rusiya incəsənət həftəsi” çərçivəsində keçirilən müsabiqədə  diplomlarla təltif olundu. 2011-ci il İlham üçün bütün illərdən uğurlu oldu. Bir il ərzində Berlində "GERMANARTWEEK-2011", Sankt-Peterburqda "St.PETERSBURGARTWEEK-2011" Sofiyada "BULGARIANARTWEEK", Moskvada "MOSKOWARTWEEK-2011", "RUSSIANARTWEEK-2011"  keçirilən beynəlxalq sərgi-müsabiqələrində “Avanqard rəngarlıq”, "Eksperimental rəngkarlıq", "Abstrakt rəngkarlıq", "Diniezoterik incəsənət" nominasiyaları üzrə İlham Mirzəyevin ona yaxın əsəri birinci, ikinciüçüncü yerlərə layiq görüldü.

2011-ci ildə beynəlxalq sərgi-müsabiqələrin laureatları ilə birlikdə Çernoqoriyanın Danilovqrad, Kotor, Podqoriça, Budva şəhərlərində keçirilən "ART WEEK in MONTONEGRO" sərgisində öz bənzərsiz fırçası ilə minlərlə tamaşaçını heyrətləndirdi.

2012-ci ildə rəssamın iki əsəri Beynəlxalq İncəsənət Fondunun kataloquna daxil edildi. 2013-cü ildə isə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan MR-nın 85 illik yubileyi münasibəti ilə buraxılmış qızıl sikkələrdən birini rəssama hədiyyə kimi təqdim etdi. İ.Mirzəyev doğulduğu şəhərdən ona göndərilən hədiyyəni bütün mükafatların içində yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirir.

 

 Azərbaycan.- 2014.- 17 may.- S.7.