«Xüsusi mühafizə
olunan təbiət əraziləri və
obyektləri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 479; 2003, ¹ 1, maddə 8; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 6, maddə 460; 2009, ¹ 2, maddə 43, ¹ 10, maddə 769) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu maddənin dördüncü hissəsi ləğv edilsin.
2. Qanuna aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
"Maddə 10-1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları
10-1.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir.
10-1.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir.
10-1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə müəyyən edilir.
10-1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10-1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir.
10-1.6. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında ərazinin ekosisteminə mənfi təsir göstərməyən və təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətləri nəzərdə tutan aşağıdakı fəaliyyətlərə yol verilir:
10-1.6.1. elmi tədqiqat işləri;
10-1.6.2. ətraf mühitin monitorinqi və ekosistem dəyişikliklərinə nəzarət;
10-1.6.3. yanğından mühafizə tədbirləri və meşə massivlərinin qorunması;
10-1.6.4. torpaqdan təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;
10-1.6.5. bioloji və landşaft müxtəlifliyi, təbii ekosistemin bərpası tədbirlərinin keçirilməsi;
10-1.6.6. turizm və rekreasiya məqsədləri ilə istifadə;
10-1.6.7.
mineral su və digər müalicəvi resurslardan istifadə;
10-1.6.8. həvəskar və idman ovu
(balıq ovu).
10-1.7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə
zonalarında aşağıdakılar
qadağandır:
10-1.7.1. yeni yaşayış məntəqələrinin salınması;
10-1.7.2. ekoloji təhlükə yaradan müəssisələrin,
o cümlədən kimya,
nüvə energetikası
və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və
istismarı;
10-1.7.3. geoloji kəşfiyyat işlərinin aparılması,
faydalı qazıntıların
çıxarılması və
emalı;
10-1.7.4. meşələrdə əsas
istifadə qırıntısı;
10-1.7.5. aqrokimyəvi maddələrdən
və pestisidlərdən
istifadə;
10-1.7.6. yerli fauna və flora növlərinə uyğun
olmayan növlərin introduksiyası;
10-1.7.7. ərazinin hidroloji
rejimini pozan və torpağın münbitliyinə təsir
edən işlərin
görülməsi.
10-1.8. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə
zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə
mülkiyyətində və
(və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 aprel 2014-cü il
Azərbaycan.-
2014.- 18 may.- S.1.