Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
18 May 2014
¹ 121 Bakı
şəhəri, 5 may 2014-cü il
"Azərbaycan
Respublikası dövlət
sərhədinin mühafizəsini
gücləndirmək tədbirləri
haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
"Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə
- "Sərhəd zonasına
daxil olmaya və istehsalat işlərinə dair Qaydalar"ın 8-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"8. Azərbaycan Respublikasının
ərazisindən dəmiryol
nəqliyyatı və
ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-
2014.- 18 may.- S.4.