Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
18 May 2014
¹ 123 Bakı
şəhəri, 5 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat"da
dəyişiklik edilməsi
barədə
"Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə
148, ¹ 7, maddə 455, ¹ 10, maddə
635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə
534, ¹ 8, maddə 782, ¹ 10, maddə
977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə
830, ¹ 10, maddə 902, ¹ 11, maddə
994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə
787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə
1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012,
¹ 3, maddə 263, ¹ 5, maddələr
489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə
1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 28 nömrəli qərarı)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında notariat
hərəkətlərinin aparılması qaydaları
haqqında Təlimat"ın
17-ci hissəsinin doqquzuncu
abzasından "əcnəbinin
pasportu, vətəndaşlığı
olmayan şəxsin isə daimi qeydiyyatda olduğu
digər ölkədə
aldığı vətəndaşlığı
olmayan şəxsin şəxsiyyətini təsdiq
edən sənədlə
birlikdə təqdim edilməklə," sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-
2014.- 18 may.- S.4.