Geniş tərkibdə
görüş
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Vyetnam Prezidenti Truonq Tan SANQ dedi:
- Hörmətli cənab Prezident. İcazə verin, nümayəndə
heyətinin adından
Sizi Vyetnam torpağında dövlət
səfərinə gəlməyinizlə
bağlı bir daha salamlayaq. Siz bizim köhnə və yaxın dostumuzsunuz. Ümidvarıq ki, səfəriniz
uğurlu olacaqdır.
Siz özünüzə çox
yaxın olan bir ölkədəsiniz və ümid edirəm ki, burada özünüzü
Vətəninizdəki kimi
hiss edəcəksiniz. Sizin səfəriniz Vyetnam ilə əlaqələrin
inkişafına daha güclü təkan verəcəkdir.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Təşəkkür edirəm
cənab Prezident. Nümayəndə heyətimizin
üzvləri özlərini
Sizin gözəl ölkənizdə çox
yaxşı hiss edirlər.
Fürsətdən istifadə edərək
Sizi də münasib bir vaxtda Azərbaycana səfərə dəvət
edirəm. Biz münasibətlərimizi yüksək
qiymətləndiririk və
əminəm ki, səfər ikitərəfli
əməkdaşlığa daha güclü rəvac verəcəkdir.
Əminəm ki, səfərin
çox yaxşı nəticələri olacaqdır.
Səfər nəticəsində siyasi əlaqələr daha da möhkəmlənəcəkdir.
Geniş tərkibdə görüşdə
Vyetnam Sosialist Respublikasının Prezidenti
Truonq Tan Sanq ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu
dövrdə bu ölkəyə səfərini
xatırladı. Ümummilli lider Heydər
Əliyevin şəxsən
Vyetnama göstərdiyi
diqqətin Vyetnam xalqı tərəfindən
dərin minnətdarlıqla
xatırlandığını bildirdi.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə,
o cümlədən beynəlxalq
təşkilatlarda əməkdaşlıq,
energetika, elm, təhsil,
turizm, investisiyaların
qoyulması və digər sahələrdə
genişləndirilməsi ilə
bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2014.- 20 may.- S.2.