Vyetnam Milli Assambleyasının
sədri ilə görüş
Mayın 19-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının
Milli Assambleyasının
sədri Nquyen Sinh Hanq ilə
görüşü olmuşdur.
Görüşdə Milli Assambleyanın sədri Nquyen Sinh Hanq Azərbaycan
Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin
ikitərəfli münasibətlərin
inkişafı baxımından
əhəmiyyətini vurğuladı. Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının
böyük uğurlara
nail olduğunu deyən
Nquyen Sinh Hanq bu münasibətlə
təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu
Ho Şi Minin vaxtilə Azərbaycana, ulu öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri
olduğu dövrdə
Vyetnama etdiyi tarixi səfərləri xatırlatdı. Münasibətlərimizin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının ölkələrimiz arasında
münasibətlərin inkişafında
xüsusi rol oynadığını qeyd
etdi. Azərbaycan parlamentində Vyetnam
ilə dostluq qrupunun fəaliyyət göstərdiyini, Vyetnamda
Azərbaycan səfirliyinin
açıldığını deyən Prezident İlham Əliyev bütün bunların ikitərəfli əməkdaşlığın
genişlənməsinə imkan yaratdığını
bildirdi.
Görüşdə ölkələrimiz arasında
möhkəm dostluq əlaqələrinin münasibətlərimizin
bundan sonra da inkişafına töhfə verəcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-
2014.- 20 may.- S.5.