Azərbaycan Prezidenti İlham Əliyev Çin
Xalq Respublikasına işgüzar
səfərə gəlmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün mayın 19-da Çin Xalq Respublikasına işgüzar səfərə gəlmişdir.
Şanxayın “Pudong” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2014.- 20 may.- S.5.