Milli Məclisin komitə iclaslarında

 

Mayın 19-da Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitənin sədri Əli Hüseynli əvvəlcə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readimissiyası haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, saziş Azərbaycan Avropa İttifaqına daxil olan dövlətlərin ərazisində qanunsuz yaşayanların geri qaytarılması öhdəliyini öz üzərinə götürür. Sənəd həmçinin Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin  ərazisinə daxil olmaq, qalmaq ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsinin, onların təhlükəsiz nizamlı şəkildə qayıtmalarının  tez səmərəli prosedurlarını qurmağa imkan verir.

Müzakirələr zamanı komitə üzvləri sazişin təsdiq edilməsinin vacibliyini bildirdilər. Qeyd edildi ki, bu saziş Azərbaycan ilə Avropa İttifaqına daxil olan ölkələr arasındakı viza məsələlərini asanlaşdıracaq. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Sonra "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" (1919-2014) yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" qanuna təklif olunan dəyişikliklər barədə məlumat verildi. Qeyd olundu ki, sözügedən yubiley medalı ilə 2014-cü il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanlarında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata buraxılmış zabitlər digər şəxslər təltif edilirlər. Bu qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

İclasın gündəliyində olan digər məsələ "Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi idi. Layihəyə əsasən, Məcəllənin 69.5.2 maddəsində "kənd ərazilərində " sözləri çıxarılır, 80-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0.3 hissəsi əlavə edilir.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə" qanun layihəsində isə su təchizatı ilə bağlı bir neçə maddəyə düzəlişlər olunub. Sənəddə müvafiq maddələrə görə təbii qaz enerji resurslarından istifadə qaydaları sudan istifadəyə tətbiq olunur. Su hövzələrindən qeyri-qanuni istifadə edən şəxslər elektrik enerjisi təbii qazdan qanunsuz istifadə edənlərlə bərabər cərimələnəcək. Gündəlikdə duran "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələrində isə bir sıra  texniki dəyişikliklər nəzərdə tutulub.

Komitə üzvlərinin müzakirə etdikləri sonuncu məsələ  "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi idi. Layihəyə əsasən, Məcəllənin bəzi maddələrində sanksiyaların ciddi şəkildə artırılması nəzərdə tutulub. Sənədə görə, cinayətin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrumetmə növündə cəza ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə edərək qəti cəza təyin edilir. Bəzi cinayət hallarına görə, nəzərdə tutulan 5 il azadlıqdan məhrum etmə cəzası 10, 10 il azadlıqdan məhrum etmə cəzası 15, 15 il azadlıqdan məhrum etmə isə 20 ilədək müəyyən edilib s.

Sonda bu qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

* * *

Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilmişdir. İclasda "Yerli (bələdiyyə) vergilər ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri müzakirə edilmişdir. Layihələr barədə komitə sədri Arif Rəhimzadə məlumat vermişdir.

A.Rəhimzadə bildirmişdir ki, "Yerli (bələdiyyə) vergilər ödənişlər haqqında" qanuna 11.4-cü maddənin əlavə olunması təklif edilir, yəni bundan sonra yerli vergi ödənişlərin ödənilməsi nağd şəkildə deyil, banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.

"Bələdiyyələrin statusu haqqında" qanun layihəsinə dəyişiklik barədə məlumat verən A.Rəhimzadənin sözlərinə görə, təklif edilən dəyişikliyə əsasən, bundan sonra bələdiyyələr tərəfindən hüquqi fiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq onların yerli vergilər ödənişlər üzrə borcları barədə arayış veriləcək.

Daha sonra 3-cü məsələ - "Büdcə sistemi haqqında" qanuna dəyişiklik barədə danışan komitə sədri qeyd etdi ki, həmin sənədin 32.2.2-ci maddəsinə yeni məzmunda hissənin əlavə olunması təklif edilir: "Bugünə kimi büdcə barədə çox danışmışıq. Yəni indiyə kimi "Büdcə sistemi haqqında" qanunun müvafiq maddəsində dotasiyalar subvensiyalarla bağlı normalar yox idi. Bu, sadəcə, ümumi sözlərlə əksini tapmışdı. İndi isə 32-ci maddədə dotasiyalar subvensiyalarla bağlı normalar ayrıca abzasla qeyd olunur ki, bunun özü çox mütərəqqi addımdır. Bundan sonra daha dəqiq bilinəcək ki, bələdiyyələrə konkret qədər dotasiya ayrılıb onların istifadəsi yerdədir".

Sonra iclasda "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi qəbul edildi hər 4 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.

 

Elgün MƏNSİMOV,

Məmməd AĞAYEV

Azərbaycan.- 2014.- 20 may.- S.6.