Cənubi Kaliforniya Universitetində “Cənub” qaz dəhlizi layihəsinin geosiyasi nəticələri” mövzusunda konfrans keçirilmişdir

 

Cənubi Kaliforniya Universitetində “Cənub” qaz dəhlizi layihəsinin geosiyasi nəticələri” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğununTürk Hava Yollarının dəstəyi ilə Çepmen Universitetinin Qlobal Təhsil Mərkəzi tərəfindən təşkil edilmiş konfransda Los-Anceles şəhər administrasiyasının və işgüzar dairələrin, diplomatik missiyaların və ABŞ elmi-tədqiqat institutlarının nümayəndələri, Kaliforniya universitetlərinin professorları və tələbələri iştirak etmişlər.

Forumun təşkilatçısı, Çepmen Universitetinin professoru Ceyms Koylun giriş sözündən sonra Cənubi Kaliforniya Universitetinin prezidenti Daniyel Struppabu ali məktəbin professoru Robert İnqliş tədbir iştirakçılarını salamlamışlar.

Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış etmişdir. Baş konsul əvvəlcə Türkiyənin Soma şəhərində yüzlərlə şaxtaçının həlak olması ilə nəticələnmiş faciənin qurbanlarının xatirəsinin ehtiramla yad olunmasını xahiş etmişdir.

Sonra N.Ağayev konfrans iştirakçılarına dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatı və dünya arenasında ölkəmizin yüksək imici barədə məlumat vermişdir. Azərbaycanın və onun enerji layihələrinin Avropa ölkələri üçün vacibliyinə diqqəti cəlb edən diplomat Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihələrinin həyata keçirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunuPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətti xüsusi vurğulayaraq bildirmişdir ki, bu layihələrin həyata keçirilməsi region ölkələrinin inkişafına sanballı töhfələr verir.

Sonra Azərbaycanın nailiyyətlərindən və müasir dövrdə həyata keçirilən meqa-layihələrdən bəhs edən qısametrajlı “Azərbaycan gələcəyin ölkəsidir” filmi nümayiş etdirilmişdir.

Konfransın rəsmi açılışından sonra tranzit qaz layihələrinin operatoru, Belçikanın “Fluxys” şirkətinin kommunikasiyalar üzrə meneceri Rudi Van BerdenTrans-Anadolu qaz kəməri layihəsinin xarici əlaqələr üzrə meneceri Maqsud Məmmədov “Fluxys, “Cənub dəhlizi” və Avropa qaz bazarı” mövzusunda əsas məruzə ilə çıxış etmişlər.

R.Van Berden konfrans iştirakçılarına Avropanın qaz infrastrukturu barədə söhbət açmış, qaz nəqlinin və ixracının həcmi, Belçikadakı Zeyebryuqqe terminalı nümunəsində qazın qəbul edilməsi üçün terminalların vəziyyəti, habelə mayeadi qazın qiymətində, nəqli metodlarında fərqlər barədə ətraflı məlumat vermişdir. Sonra o, Mərkəzi Avropanın qazla təchizatı mövzusuna toxunaraq qeyd etmişdir ki, Avropanı qazla təchiz edən əsas dövlətlər Rusiya (37 faiz), Norveç (31 faiz) və Əlcəzairdir (13 faiz).

R.Van Berden “Cənub” qaz dəhlizindən söhbət açaraq bu layihənin həyata keçirilməsini alqışlamışdır. Vurğulanmışdır ki, bu gün qazın çox hissəsi Avropanın şimalından cənubuna doğru nəql edilir, “Cənub” qaz dəhlizi layihəsi gerçəkləşəndə isə qaz əks istiqamətdə - cənubdan şimala doğru hərəkət edəcəkdir. Məruzəçi sonda qeyd etmişdir ki, Trans-Adriatik qaz kəməri layihəsinin həyata keçirilməsi əlavə müsbət effekt yaradacaq, Balkan ölkələrinin iqtisadiyyatını stimullaşdıracaqdır.

Trans-Anadolu qaz kəməri layihəsinin nümayəndəsi Maqsud Məmmədov “Cənub” qaz dəhlizi və onun tərkib hissələri olan qaz kəmərləri barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, “Cənub” qaz dəhlizinin əsas elementi olan Trans-Anadolu qaz kəməri Xəzər dənizi ilə Avropa arasında birbaşa əlaqə yaradacaq, qitəni ilk dəfə olaraq Azərbaycandan daxil olan alternativ qaz ilə təchiz edəcəkdir. Tikintisinə 12 milyard dollar xərclənməsi nəzərdə tutulan Trans-Anadolu qaz kəmərinin çəkilişi 2018-ci ildə başa çatacaqdır. Maqsud Məmmədov vurğulamışdır ki, bu qaz kəməri vasitəsilə nəql edilən qazın həcmi 2023-cü ilə qədər 24 milyard kubmetrə, 2026-cı ilə qədər 31 milyard kubmetrə çatdırıla bilər.

M.Məmmədov məruzəsinin sonunda vurğulamışdır ki, bu layihənin həyata keçirilməsi 7 ölkə və 13 korporasiya arasında əməkdaşlığı təmin edəcək, regionda bəzi siyasi fikir ayrılıqlarına baxmayaraq, Avropaya qaz nəqli üçün yeni marşrut açacaq, qaz ixrac edən başqa ölkələr üçün bu layihəyə qoşulmaq, gələcəkdə isə Avropaya qaz satmaq imkanı yaradacaqdır.

Əsas məruzəçilərin çıxışlarından sonra üç panel iclası keçirilmişdir. İclaslarda “Cənub” qaz dəhlizi layihəsinin Avropa ölkələrində, layihənin iştirakçıları olan qonşu ölkələrdə və Türkiyədə yaradacağı müsbət nəticələrə diqqət cəlb edilmişdir.

 

 

Azərbaycan.- 2014.- 20 may.- S.9.