Azərbaycan və Avropa
Şurası arasında səmərəli əməkdaşlıq
həyata keçirilir
Mayın 20-də Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının əhəmiyyətini və onun ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulamışdır.
F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, o cümlədən məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, inzibati ədliyyənin uğurlu fəaliyyəti, hakimlərin Avropada ən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülmüş işlər və digər genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat vermişdir.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən T.Yaqland Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı vurğulamış, Fəaliyyət Planını qarşılıqlı səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirmiş, məhkəmə sistemində aparılan islahatları təqdir etmişdir.
Söhbət zamanı, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, bu baxımdan “İctimai iştirakçılıq haqqında” Qanunun mühüm əhəmiyyəti qeyd olunmuş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-
2014.- 21 may.- S.9.