Möcüzəli Naftalan «gəl-gəl» deyir
Bir vaxtlar Naftalanda maraqlı bir muzey var idi. Yaxın-uzaq ellərdən
qoltuqağacı ilə,
yaxud çəliklə
gələn insanların
bir qismi burada şəfa tapıb çəliksiz, qoltuqağacı olmadan qayıdırdı. Muzeyin eksponatları
da belə insanların qoyub getdikləri çəliklərdən
və qoltuqağaclarından
ibarət idi. Beləcə, möcuzəli
Naftalan neçə-neçə insana şəfa verərək böyük şöhrət
qazanıb.
Naftalan nefti xalqımızın əvəzsiz sərvəti, misilsiz müalicə vasitəsidir. Mütəxəssislər deyirlər ki,
Naftalan neftinin 70-dən
çox xəstəliyin,
xüsusən hərəkət-istinad,
nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində
böyük faydası
vardır.
Naftalan neftindən
hələ qədimlərdə
istifadə olunurmuş. Vaxt olub onu tuluqlarda
karvan yolu ilə uzaq ellərə,
Asiya ölkələrinə,
xüsusən
Ərəbistana daşıyırdılar.
1892-ci ildə alman mühəndis Y.Egerbu bu yerlərə
gələrək ilk dəfə
neft çıxarmaq üçün quyular qazdırmışdı. O, hətta bu neftdən
maz almaq üçün kiçik
zavod da tikdirmişdi. Həmin zavodda naftalan
və kojelon adlı dərman preparatları hazırlanır,
Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya
və başqa ölkələrə satılırdı.
Faktlar
göstərir ki, Rus-Yapon müharibəsi zamanı əsir düşən yapon əsgərlərinin təcili
yardım çantalarında
naftalan mazı ilə dolu bankalar
tapılmışdı. Bütün
bunlar bəlli olduğuna görə o zaman belə bir zərb-məsəl də yaranmışdı:
"Kim naftalana malikdirsə,
deməli, onun hər şeyi var".
Ötən əsrin əvvəllərində
ölkəmizdə neft
sənayesinin inkişafı
ilə əlaqədar
Naftalan neftinin də qazma üsulu
ilə çıxarılmasına
başlanılmışdı. 1928-ci ildən etibarən onun müalicəvi əhəmiyyətini öyrənmək
üçün tədqiqat
işləri aparılırdı.
Keçən əsrin
otuzuncu illərində
artıq Naftalan kurortu fəaliyyət
göstərirdi.
Bu dəyərli sərvətdən
kütləvi şəkildə
istifadənin təşkili
ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin yetmişinci
illərində ümummilli
lider Heydər Əliyevin qayğısı
və köməyi ilə Naftalan kurortu sürətlə inkişaf etməyə başladı. 1982-ci il fevralın 19-da ulu öndərin təşəbbüsü ilə
Naftalan kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri
haqqında geniş qərar qəbul olundu. Məhz həmin qərar nəticəsində "Azərbaycan",
"Şirvan", "Çinar",
"Goran" sanatoriyaları
tikilmiş, Naftalan kurort şəhəri kimi şöhrət qazanmışdı. Ardıcıl surətdə həyata keçirilən çoxsaylı
tədbirlər nəticəsində
keçən əsrin
səksəninci illərində
müalicəyə gələnlərin
sayı 40 mindən 70
min nəfərə çatmışdı.
Təəssüf ki, ötən əsrin doxsanıncı illərinin burulğanında
çox şey sıradan çıxdı. Naftalan kurortunun
fəaliyyəti, demək
olar, tamamilə dayandı. Xalqın təkidli tələbi
ilə ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra
hər şey tədricən nizama düşməyə başladı.
Sahibkarlıq inkişaf
etdikcə "Şəfa
vannaları", Naftalan
Müalicə Sağlamlıq
Mərkəzi, "Möcüzəli
Naftalan", "Sehrli
naftalan" və s. sağlamlıq-turizm mərkəzləri
yaradıldı.
Xüsusən son illərdə ulu
öndərin layiqli davamçısı Prezident
İlham Əliyevin imzaladığı regionların
sosial-iqtisadi inkişafı
dövlət proqramlarına
uyğun olaraq Naftalan yeni görkəm
aldı, ictimai və fərdi binalar tikildi, təbii qaz, su və elektrik
enerjisi problemləri həll olundu. Çoxmərtəbəli 15 binanın fasadları
və dam örtükləri
təzələndi, liftlər
təmir olundu. İndi daha 17 binada qızğın iş gedir. Şəhərin ən baxımlı
yerində Bayraq meydanı yaradıldı.
Naftalan əsl kurort görkəmi
aldı. Ən əsası isə
budur ki, "Çinar" və "Qaşaltı" kimi müasir sanatoriya kompleksləri istifadəyə
verildi. Onlardan hər biri dünya standartlarına cavab verir. Orada həm mehmanxana kimi, həm müalicə ocağı və həm də istirahət mərkəzi kimi bütün şərait var. İndi daha bir dəyərli
obyektdə - "Qarabağ"
adlı beşmərtəbəli
iri kompleksdə inşa işləri başa çatmaq üzrədir.
Beş hektar sahədə əsl müalicə sağlamlıq zonası salınır.
Naftalan başdan-başa
yenidən qurulur. Bir-birindən
yaraşıqlı ictimai
binalar, rahat yollar, yamyaşıl bağ-bağat göz
oxşayır. Şəhərin mərkəzini bəzəyən
dörd hektarlıq Heydər parkında yaşıllıq zonaları,
fəvvarələr, istirahət
guşələri düzəldilib,
ulu öndərin abidəsi ucaldılıb.
Heydər Əliyev Mərkəzinin işıqlı-yaraşıqlı otaqlarında ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını
əks etdirən fotostendlər diqqəti cəlb edir. Mərkəzdə kütləvi tədbirlərin
keçirilməsi üçün
120 nəfərlik konfrans
zalı, elektron kitabxana, internet otağı,
rəsm qalereyası və s. yaradılmışdır.
Bir sözlə,
Naftalan sürətlə
inkişaf edir. Aybaay, ilbəil
görkəmini dəyişir,
yaşıl örpəyə
bürünür, tanınmaz
olur. Səfalı guşədə yeni istifadəyə verilən uşaq bağşası körpə
balalara və valideynlərə layiqli töhfədir.
Dövlətin qayğısı və diqqəti sayəsində şəhərin problemləri
sistemli surətdə həll olunur. Ən böyük
nigaranlıq su sarıdan idi. Bu yerlərə içməli
su Çəkil kəhrizlərindən və
subartezian quyularından
gəlir, əhaliyə
sutkada cəmi 4-5 saat su verilirdi.
Bütün bunlar nəzərə
alınaraq Azərbaycan
hökuməti ilə
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
birgə maliyyələşdirdiyi
layihə çərçivəsində
sistemli işlər görülməyə başlandı.
Həmin
layihə 2035-ci ilə
kimi perspektiv inkişaf nəzərə
alınmaqla hesablanmışdır.
İndi şəhərə içməli
su yeni mənbədən
- Ballıqayadan verilir.
Bu məqsədlə Ballıqaya-Goranboy kəmərindən
səkkiz kilometr uzunluqda magistral su xətti çəkilib,
hər birinin həcmi üç min kilometr olan iki
anbar tikilib. Bununla yanaşı, 33 kilometr uzunluqda kanalizasiya şəbəkəsi yaradılır.
İndiyə kimi həmin
şəbəkənin xeyli
hissəsində işlər
başa çatmış,
çirkli suların təmizləyicisi üçün
müvafıq qurğular
inşa edilmişdir.
Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının icrası nəticəsində
Naftalan şəhərində
mühüm infrastruktur
layihələri
yerinə
yetirilmiş, əlillərin bərpa mərkəzi, bir neçə səhiyyə-kurort müəssisəsi
inşa edilmiş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı
abadlıq-quruculuq işləri
görülmüşdür. Bütün bunlar müstəqil dövlətin
qayğı və diqqətinin bəhrəsidir. İllər keçdikcə
bu qayğı və kömək daha da artır.
Təkcə bir
gündə - keçən
ilin sentyabr ayının 18-də Prezident
İlham Əliyev Naftalanın tərəqqisi
ilə bağlı üç sərəncam
imzalamış, ayrı-ayrı
problemlərin
həllinə xeyli
vəsait ayrılmışdır:
Naftalan şəhərinin
sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər, şəhər
mərkəzi
xəstəxanasının tikintisi və bir də dörd
min nəfər əhalinin yaşadığı
iki kəndi birləşdirən Naftalan-Qaşaltı-Qaraqoyunlu
avtomobil yolunun çəkilməsi.
Naftalan dünya səviyyəli beynəlxalq kurort şəhərinə çevrilir. Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrasına
həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: "Biz Naftalanın
keçmiş şöhrətini bərpa edirik. Naftalan vaxtilə ümumittifaq
turizm mərkəzi idi. Bu gün biz bunu
beynəlxalq turizm mərkəzinə
çeviririk. Artıq
iki gözəl hotel fəaliyyət
göstərir, üçüncüsü
də tikilir. "Qaşaltı" müalicə
mərkəzinin bərpası yekunlaşır.
Bu da kurort
turizminin inkişafı
üçün çox
vacib bir obyekt olacaqdır".
Abadlıq-quruculuq işləri çoxaldıqca
bu müasir müalicə mərkəzinin əlaqələri
də genişlənir. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı
Natiq Aslanov deyir ki, beynəlxalq
səviyyədə turizm və mədəniyyət
əlaqələrinin inkişafı məqsədilə Fransanın
Legi və İtaliyanın Pozitano şəhərləri ilə
əməkdaşlıq edirik.
Bu yaxınlarda isə
daha bir bölgə
ilə - Rusiya Federasiyasının Yessentuki
şəhərinin administrasiyası
ilə əməkdaşlıq
və qardaşlaşma
haqqında saziş imzalanmışdır. Bu cür
əlaqələrin getdikcə
genişlənməsi, yeni-yeni
layihələrin icrası,
dövlətin tükənməz
qayğısı və
köməyi ilə sistemli surətdə görülən işlər
qəti inam yaradır ki, möcüzəli Naftalan yaxın vaxtlarda öz şöhrətini tamamilə qaytaracaq, sözün tam mənasında
əsl dünyamiqyaslı
müalicə-sağlamlıq, səyahət və istirahət mərkəzinə
çevriləcəkdir.
Naftalan gözəldir, səfalıdır. İstər müalicə və istərsə də istirahət üçün burada hər şərait yaradılıb. Bir sözlə, möcuzəli Naftalan "gəl-gəl" deyir.
Ə.İSAYEV
Azərbaycan.-
2014.- 21 may.- S.10.