«YARAT» Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda iranlı rəssamın sərgisi açılacaqdır

 

 

Mayın 30-da "YARAT" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında İranın konseptual rəssamı Mahmud Bəxşinin "TalkCloud" adlı fərdi sərgisi açılacaqdır.

"YARAT" Müasir İncəsənət Məkanının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərginin kuratoru Londonda yaşayıb-yaradan sənətşünas, incəsənət nəzəriyyəçisi Darya Kirsanova olacaqdır.

2012-ci ilin sentyabrında təsis olunan "YAY!" Qalereyası müasir Azərbaycan incəsənətinin  yerli beynəlxalq səviyyədə dəstəklənməsi inkişaf etdirilməsi üzrə "YARAT" Müasir İncəsənət Məkanının daha geniş fəaliyyət təşəbbüsünün bir hissəsidir. Qalereya kommersiya əsaslı olsa da, mənfəət əldə etmək məqsədi daşımır. Burada nümayiş etdirilən incəsənət əsərlərinin satışından götürülən bütün gəlir "YARAT" Müasir İncəsənət Məkanının təşəbbüslərinin dəstəklənməsi rəssamların təminatı üçün istifadə olunur.

Rəssam Mahmud Bəxşi öz əsərlərini İran İslam inqilabından (1979) sonra ölkədə geniş vüsət almış vizual estetika üslubunda yaradır. O, İran İslam Respublikasının rəmzlərini keyfiyyətcə yeni kontekstə salaraq, ölkə tarixində baş vermiş son olaylar haqqında dərindən fikirləşir həmin hadisələri İran mənliyinin mühitinə uyğunlaşdırmaq məqsədilə qədimdən məlum olan tarixi ənənəvi nümunələri nümayiş etdirir.

"Talk Cloud" əsəri daxildən işıqlandırılan heykəlləri, şəkilləri hazırda istehsalda olan videoçarxları birləşdirən fənlərarası layihədir. Bu ilin əvvəlində layihə Tehranın "Niaravan" mədəniyyət mərkəzində Londonun "Narrative Gallery" məkanında nümayiş olunmuşdur.

Rəssamın layihəsinin konseptual məğzini incəsənətlə İranda digər ölkələrdə hökm sürən idarəçilik sistemi arasında mövcud olan çoxməqamlı müxtəlif səviyyəli münasibətlər təşkil edir. Bu münasibətlər Mahmud Bəxşini uzunmüddətli incəsənət araşdırmaları aparmağa sövq edir. Yeni yaradılan əsərdə rəssam "incəsənətdə siyasi iştirakçılıq" adlı kateqoriyanın mənşəyini aşkar etməyə çalışır. Lakin Mahmud Bəxşi sadəcə siyasi hakimiyyətlə kifayətlənmir. O, həmçinin incəsənətlə hakimiyyət uğrunda mübarizənin əsas iştirakçısı sayılan kapital arasındakı münasibətlərdən bərk narahatdır.

Daxildən işıqlandırılan heykəllər şərti olaraq ənənəvi İran xəttatlıq sənətini əks etdirir. Lakin bu heykəllərdə dörd sətirli rübailər əvəzinə incəsənətin sosial rolunu təsvir edən tanınmış şəxslərin ifadələri yazılmışdır. Rəssam öz əsərində İran İslam Böyük Oktyabr inqilablarının rəhbərlərinə (Xomeyniyə Leninə) məxsus sitatları yerləşdirmişdir. Bundan əlavə, əsərdə İranın hazırkı Ali Dini rəhbəri Seyid Əli Xamneyinin, "incəsənət iştirakçılığının" sosialist realizm üslubunun ideoloqu Anatoli Lunaçarskinin Endi Uorholun ifadələri əks olunmuşdur.

İncəsənətin sosial roluna diqqəti çəkən ifadələrin məzmunu süstlənmiş bəzək şəklində həmin ifadələrin təqdimat tərzi arasındakı ziddiyyət konsepsiyalarla zəngin olan paradoksu formalaşdırır. Həmçinin əsərlərin ərsəyə gəlməsində istifadə olunan sənaye malları Mahmud Bəxşinin qaba estetika "Arte Povera" üslubunun maddiliyi ilə məftunluğunu bir daha vurğulayır.

 "Mənim torpağım, meridian...°-...°, orbit...°-...°, Yasnaya istinad, şlyapa 46" adlı səkkiz panelli əsər ilk dəfə olaraq 2004-cü ildə yaradılmışdır. Bu əsər 2013-cü ildə yeni tərzdə düzəldilmiş bu zaman hər panelə Yasnadan istinadları coğrafi koordinatları əks etdirən dəmir çərçivə əlavə olunmuşdur. Səkkiz panel hazırkı İran ərazisinin səkkiz istiqamətini əks etdirir tarixən şiddətli döyüşlərin ciddi münaqişələrin baş verdiyi məkanlara istinad edir. Ölkəni tamamilə dəyişən hadisələr insan şüurunda tarixi "bu hadisələrdən əvvəl" "bu hadisələrdən sonra" mərhələlərinə bölünmüşdür.

Həmin kontekstdə Zərdüşt adının qeyd olunması fərqli bir anlam səviyyəsinə işarə verir. Bu sitat insanın keçmişi və vətəni ilə qurduğu nostalji, sentimental münasibətlərdən bəhs edir. Sərgidə nümayiş olunacaq əsər incəsənətin sosial rolunu daha geniş, tarixi və fəlsəfi nöqteyi-nəzərdən araşdırır.

"Sənəd forması" adlı şəkillər silsiləsi 2012-ci ildə başlanan layihədir. Bu silsilədə istifadə olunmuş rəngli mürəkkəblə çəkilmiş rəqəmsal şəkillər İran-İraq müharibəsi şəhidlərinin adını əbədiləşdirən təbliğat plakatlarına bənzəyir. Mahmud Bəxşi konseptual metamorfozu işlək vəziyyətə gətirmək məqsədilə həmin obrazları dəyişdirərək sadə, uşaqcasına sadəlövh surətlərə çevirmişdir. O, həmin simvolları daim mövcud olduqları kontekstdən, qələbə əhval-ruhiyyəli, özünəməxsus səltənətdən qopararaq, yeni, sxematik, mücərrəd qrafikalı rəmzlər şəklində təqdim etmişdir.

Mahmud Bəxşi 1977-ci ildə Tehranda anadan olmuşdur. O, Amsterdamın Vizual İncəsənətin Kral Akademiyasında ixtisasartırma kurslarında oxuyur. Rəssam 2006-cı ildən etibarən dünyanın çoxsaylı sərgilərində iştirak edir. Onların sırasında "Buludla söhbət" ("Niaravan" mədəniyyət mərkəzi, Tehran, eləcə Londonun "Narrative Gallery" məkanı, 2014), "Gələcəyi xatırlayarkən: inqilabdan sonra İran incəsənəti" ("Bruney" sərgi salonu, Şərqşünaslıq Afrika Tədqiqatları Məktəbi, London Universiteti), "Love Me, Love Me Not: Azərbaycan qonşu ölkələrin müasir incəsənəti" (Bakı, Heydər Əliyev Mərkəzi, 2014, həmçinin 55-ci Venesiya Biennalesi, 2013), "Fəlakət", ("Taddeus Ropak" sərgi salonu, Paris, Panten, 2013), "Dəyişdirilmiş təsəvvür", ("Teyt Modern" sərgi salonu, London, 2012), "Sənəd Forması", (Art Kvandcu Festivalı, 2012) digər məşhur sərgiləri qeyd etmək olar.

"YAY!" Qalereyasında Mahmud Bəxşinin fərdi sərgisi iyulun 30-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2014.- 21 may.- S.12.