Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul olunmuşdur

 

Mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul edilmişdir. Bəyannamədə Azərbaycan üçün önəmli müddəalar əksini tapmışdır.

Bəyannamənin 1.3-cü bəndində deyilir: “Biz təsdiq edirik ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcəkdir. BMT Nizamnaməsinə əsasən BMT Təhlükəsizlik Şurasının əsas öhdəliyinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması olduğunu nəzərə alaraq vurğulayırıq ki, sülhünsabitliyin qorunması üçün heç bir dövlətin, dövlətlər qrupununya təşkilatın müstəsna məsuliyyəti ola bilməz”.

 Sənədin 1.4-cü bəndində bildirilir: “BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən biz bir daha bir-birimizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət etdiyimizi, BMT-nin Nizamnaməsində əks olunmuş prinsip və məqsədlərlə ziddiyyət təşkil edən, beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəyimizi; münaqişələri sülh yolu ilə həll etməyi; dövlətlərin daxili işlərinə müdaxilə etməməyi; legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməməyi; BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən insanların bərabər hüquqlarına və öz müqəddəratını təyin etməsinə hörmət etməyi; irqi, cinsi, dildini zəmində hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyi; iqtisadi, sosial, mədəni və humanitar xarakter daşıyan beynəlxalq problemlərin həllində beynəlxalq səviyyədə əməkdaşlıq etməyi təsdiq edirik. Biz, həmçinin beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik”.

Bəyannamənin 2.4-cü bəndində deyilir: “Biz separatizmin və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə təhlükə olduğunu vurğulayırıq. Biz digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkatları və qurumları dəstəkləməyəcəyik. Biz, həmçinin qətiyyətlə bildiririk ki, ərazilərimiz hər hansı separatçı hərəkatlar və qurumlar tərəfindən istifadə olunmayacaqdır. Biz separatçılarla istənilən növ münasibət və ünsiyyət yaratmayacağıq”.

 Şanxay Bəyannaməsinin 2.6-cı bəndində vurğulanır: “Biz təsdiq edirik ki, enerji təhlükəsizliyi milli, regionalqlobal səviyyələrdə dayanıqlı inkişafabütün ölkələrdə insanların rifahına birbaşa təsir edir. Biz bütün ölkələrin, xüsusilə də inkişaf etməkdə olan ölkələrin müxtəlif milli prioritetlərini və ehtiyaclarını nəzərə alaraq “Rio-20”nin yekun nəticəsində qeyd olunduğu kimi, dayanıqlı inkişafın təmini və yoxsulluğun aradan qaldırılması konsepsiyasına uyğun olaraq üzərimizə enerji təhlükəsizliyini daha da inkişaf etdirmək və gücləndirmək öhdəliyini götürürük. Əminik ki, enerji ehtiyatlarının və onların çatdırılması marşrutlarının şaxələndirilməsi beynəlxalq enerji bazarlarının rəqabətliliyini artıracaqdır. Beynəlxalq birlikümumi, lakin fərqli məsuliyyətlər” prinsipi əsasında xüsusilə inkişaf etməkdə olan ölkələrdə qarşılıqlı fayda verən əməkdaşlıq və inkişafın şaxələndirilmiş formalarını özündə ehtiva edən iqtisadiyyatın və sosial inkişafın dəstəklənməsi məqsədini güdən enerji təhlükəsizliyini daha da inkişaf etdirməli və gücləndirməlidir. Ölkələr qabaqcıl enerji texnologiyalarının, o cümlədən yeraltı sərvətlərin tədqiqi və inkişafını sürətləndirməli, birgə infrastruktur layihələrini hazırlamaq üçün zəruri tədbirlər görməli və məhsuldarlığın artırılmasına yönəlmiş investisiyaların lazımi səviyyədə yatırılmasını təmin etməli, habelə iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təmiz enerji ehtiyatlarını ciddi inkişaf etdirməlidir”.

 Sənədin 2.7-ci bəndində bildirilir: Biz regional bağlılığın, xüsusilə də inteqrasiya olunmuş və rəqabətli nəqliyyat və logistika sistemlərinin inkişafı üzrə birgə səylərin üzv dövlətlər arasında ticarət imkanlarının daha səmərəli istifadə olunmasına gətirib çıxaracağına kömək edəcəyini və dayanıqlı iqtisadi inkişafın məqsədinə xidmət edəcək regional və beynəlxalq nəqliyyat və tranzit əməkdaşlığını sürətləndirəcəyini vurğulayırıq”.

 Bəyannamənin 3.5-ci bəndində isə deyilir: “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq”.

 

Azərbaycan.- 2014.- 22 may.- S.2.