Yəmən Respublikasının Prezidenti Zati-aliləri cənab Abdurabbih
Mənsur Hadiyə
Hörmətli cənab Prezident,
Yəmən Respublikasının milli bayramı – Yəmən birliyi günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 may 2014-cü il.
Azərbaycan.-
2014.- 22 may.- S.2.