Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
22 May 2014
№ 124 Bakı
şəhəri, 5 may 2014-cü il
"Azərbaycan
Respublikasının xarici
ölkələrdəki səfirlik,
konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən
ölkədən getmək
və ölkəyə
gəlmək üçün
əcnəbi vətəndaşlara
verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
"Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
"Azərbaycan Respublikasının
xarici ölkələrdəki
səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər
tərəfindən ölkədən
getmək və ölkəyə gəlmək
üçün əcnəbi
vətəndaşlara verilən
viza blanklarının
ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, № 4, II kitab, maddə
203; 2003, № 6, maddə 342; 2008, № 1, maddə 37, № 5, maddə
433) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissəsində "Azərbaycan
Respublikasının xarici
ölkələrdəki səfirlik,
konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən
ölkədən getmək
və ölkəyə
gəlmək üçün
əcnəbi vətəndaşlara
verilən viza" sözləri "Viza"
sözü ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının
xarici ölkələrdəki
səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər
tərəfindən ölkədən
getmək və ölkəyə gəlmək
üçün əcnəbi
vətəndaşlara verilən
viza blanklarının
ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları"
üzrə:
2.1. adında "Azərbaycan Respublikasının
xarici ölkələrdəki
səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər
tərəfindən ölkədən
getmək və ölkəyə gəlmək
üçün əcnəbi
vətəndaşlara verilən
viza" sözləri
"Viza" sözü
ilə əvəz edilsin;
2.2. 1.1-ci
bəndə "əcnəbilərin"
sözündən sonra
"və vətəndaşlığı
olmayan şəxslərin
(bundan sonra - əcnəbilər)" sözləri
əlavə edilsin;
2.3. 1.2-ci və 1.3-cü bəndlər,
2.1.2-ci, 2.1.4-cü, 2.1.7-ci yarımbəndlər
ləğv edilsin və 2.1.5-ci yarımbənddən
"(adi)" sözü
çıxarılsın;
2.4. 4.1-ci bənddə "səfirlik,
konsulluq və başqa diplomatik nümayəndəlikləri," sözləri "diplomatik
nümayəndəliklərinə və konsulluqlarına,"
sözləri ilə əvəz edilsin;
2.5. 6.1-ci
bənddə "səfirlik,
konsulluq və başqa diplomatik nümayəndəlikləri" sözləri "diplomatik
nümayəndəlikləri və konsulluqları" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-
2014.- 22 may.- S.2.