Çin KİV-ləri Azərbaycanın və Çinin dövlət başçılarının görüşünə geniş yer ayırmışdır

 

Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycanın və Çinin dövlət başçılarının mayın 20-də Şanxayda keçirilmiş görüşünə geniş yer ayırmışdır.

Ölkənin rəsmi xəbər agentliyi Sinxua və mərkəzi televiziyası CCTV-nin bir neçə kanalı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirak etmək üçün Şanxayda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR sədri Si Cinpinin görüşünə dair xəbər və reportajlar hazırlamışlar.

Sinxuanın “Çinin və Azərbaycanın dövlət başçıları əlaqələrin genişləndirilməsinə razıdırlar” başlıqlı xəbərində görüşdə müzakirə olunan məsələlər haqqında məlumat verilmiş, dövlət başçılarının ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün səyləri davam etdirmək barədə ortaq fikrini vurğulamışdır.

Çin Mərkəzi Televiziyasında (CCTV) yayımlanan reportajlarda da görüşdə müzakirə olunan məsələlər barədə danışılmış, iki ölkənin əməkdaşlığı istiqamətində son illər görülmüş işlər qeyd olunmuşdur.

 

Şahin Cəfərov

AzərTAc-ın xüsusi müxbiri

Şanxay

Azərbaycan.- 2014.- 22 may.- S.5.