Moskvada Azərbaycan və Rusiya xarici işlər
nazirlərinin müavinləri arasında görüş
olmuşdur
Moskvada Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Rusiyanın xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin arasında görüş olmuşdur.
Rusiya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Rusiyanın xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin mayın 20-də Azərbaycanın xarici işlər nazirinin müavini, Xəzər problemlərinə dair məsləhətləşmələrdə iştirak etmək üçün Moskvada səfərdə olan Xələf Xələfovla görüşmüşdür.
Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin və beynəlxalq siyasətin aktual məsələləri müzakirə edilmişdir.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Mosk
Azərbaycan.-
2014.- 22 may.- S.5.