Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Respublika Günü münasibətilə Sizə Azərbaycan xalqına Amerika xalqı adından şəxsən öz adımdan ən xoş arzularımı çatdırıram. 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlətinAzərbaycan Respublikasının müstəqilliyinin elan olunması münasibətilə əlamətdar bayramı qeyd edən bütün Azərbaycan xalqına biz qoşuluruq.

Ölkələrimiz arasında təhlükəsizlik məsələlərində güclü əməkdaşlıq mövcuddur biz Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasında iştirakını yüksək dəyərləndiririk. Ötən illər ərzində ölkələrimiz arasında enerji sahəsində sıx tərəfdaşlıq qurulmuşdur biz ötən ilin dekabr ayındaCənubqaz dəhlizi layihəsi çərçivəsində yekun investisiya qərarının imzalanmasını yüksək qiymətləndiririk. Biz Azərbaycanı insan hüquqlarının əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün Azərbaycana kömək etməyə hazırıq. Bu, hamımızın arzuladığı daha güclü, sabit müstəqil Azərbaycana əhəmiyyətli töhfə verəcəkdir.

Zəngin mədəniyyət tarixə malik Azərbaycan xalqını milli bayramınız münasibətilə bir daha təbrik edirik.

Səmimiyyətlə,

 

Barak Obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Azərbaycan.- 2014.- 23 may.- S.1.