Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin icrası haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Fondun 2013-cü il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir. Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditin nəticələrini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin icrası, gəlirlər 13 600 400,1 min manat, xərclər 12 302 663,5 min manat və ya Fondun 2013-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 118,5%, xərclər üzrə 94,5% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:
Sıra
N-si
Göstəricilər
min manatla
Gəlirlər cəmi:
13 600 400,1
o cümlədən:
1.
Azərbaycan Respublikasının payına
düşən karbohidrogenlərin
satışından əldə
edilən xalis gəlirlər (karbohidrogenlərin
nəql edilməsi üzrə məsrəflər,
bank, gömrük rəsmiləşdirilməsi,
müstəqil nəzarət
(sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq
şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin sərmayəçiləri, payçısı
və ya tərəfdaşı olduğu
layihələrdə onun
sərmayəsinə və
ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
13 108 016,4
2.
Karbohidrogen ehtiyatlarının işlənməsi
ilə əlaqədar
sərmayəçilər tərəfindən müqavilə
sahəsindən istifadə
üçün ödənilən
akrhesabı ödənişlər
1 831,9
3.
Neftin və qazın Azərbaycan Respublikasının
ərazisi ilə ötürülməsindən əldə
edilən gəlirlər
8 063,8
4.
Neft-qaz sazişlərinin imzalanması
və ya icrası ilə bağlı sərmayəçilər
tərəfindən ödənilən
bonuslar
1 850,1
5.
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və
idarə olunmasından
əldə edilən gəlirlər
480 559,5
6.
Digər
gəlirlər və daxilolmalar
78,4
Xərclər cəmi:
12 302 663,5
o cümlədən:
1.
Qaçqınların və məcburi köçkünlərin
sosial-məişət və
məskunlaşma məsələləri
ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
299 990,2
2.
Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsinə transfert
11 350 000,0
3.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi
173 933,6
4.
Bakı-Tbilisi-Qars yeni dəmir
yolu layihəsinin maliyyələşdirilməsi
25 671,7
5.
2007-2015-ci
illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
proqramının maliyyələşdirilməsi
33 007,8
6.
Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan
Respublikasının iştirak
payının maliyyələşdirilməsi
372 590,0
7.
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
47 470,2
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2014-cü
il
Azərbaycan.-
2014.- 23 may.- S.2.