Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum işə başlamışdır

 

Mayın 22-də Sankt-Peterburqda üç günlük Beynəlxalq İqtisadi Forum (PBİF) işə başlamışdır.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, 18-ci Forumda Azərbaycan da daxil olmaqla, 60-dan çox dövlətin rəsmi nümayəndə heyətləri, dünyanın iri şirkətlərinin rəhbərləri iştirak edirlər.

Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunda qeyd edilir ki, bu Forum “Dəyişikliklər dövründə etimadın möhkəmlənməsi” mövzusuna həsr edilmişdir. Məktubda deyilir: “Hazırda baş verən sürətli geosiyasi, texnolojistruktur dəyişiklikləri şəraitində belə bir seçim edilməsi təsadüfi deyildir. Beynəlxalq birlik yalnız qarşılıqlı maraqları nəzərə almaqla, onilliklər boyu sınaqdan çıxmış konstruktiv əlaqələri möhkəmlətməklə, birgə fəaliyyət göstərməklə irəliləyə, gələcək qlobal inkişafı təmin edə bilər”.

Forumda müxtəlif dövlətlərin və işgüzar dairələrin 6500 nümayəndəsi iştirak edir. Tədbirin birinci günündə dünyaRusiya iqtisadiyyatının problemləri 37 sessiyada müzakirə edilir. Forumun işgüzar proqramı qlobal biznes liderləri sammitininBiznesin iqtisadi artıma töhfəsi: Çağırışlar və həll yolları” mövzusunda plenar sessiya ilə açılmışdır.

Forumun ikinci günündə, mayın 23-də “Dəyişikliklər dövründə etimadın möhkəmlənməsi” mövzusunda plenar iclas keçiriləcəkdir. Həmin iclasda Rusiya Prezidenti Vladimir Putinin iştirakı gözlənilir. Bundan əlavə, mayın 23-də “Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivləri” sessiyası açılacaqdır. Dünyanın aparıcı informasiya agentliklərinin əməkdaşlarının qatılacağı bu sessiyada Azərbaycanı AzərTAc və “Trendinformasiya agentliklərinin nümayəndələri təmsil edəcəklər.

 

Azərbaycan.- 2014.- 23 may.- S.2.