Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
23 May 2014
¹ 125 Bakı
şəhəri, 5 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət
qeydiyyatı Qaydası"nda
dəyişiklik edilməsi
barədə
"Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il
31 oktyabr tarixli 145 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə
185, ¹ 4, maddə 378, ¹ 5, maddə
470, ¹ 9, maddə 819, ¹ 10, maddə
902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə
114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012, ¹ 2, maddə
178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə 1359; 2013, ¹ 3, maddə
348, ¹ 5, maddə 580) ilə
təsdiq edilmiş
"Vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı
Qaydası"nın 8.12-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
"8.12.
Ölümün qeydiyyatı
zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən
qəbul edilmiş şəxsiyyətini təsdiq
edən sənədlər
hər ay siyahı üzrə bu orqanların yerləşdiyi
yerdə daxili işlər orqanlarının
müvafiq qurumlarına,
ölən şəxs
Azərbaycan Respublikasında
müvəqqəti və
ya daimi yaşayan əcnəbi və vətəndaşlığı
olmayan şəxs olduqda isə Azərbaycan Respublikasında
müvəqqəti və
ya daimi yaşamaq üçün
icazəsini təsdiq edən sənədlər
Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidmətinə təhvil verilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-
2014.- 23 may.- S.3.