Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

23 May 2014

 

¹ 127                   Bakı şəhəri, 5 may 2014-cü il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə

 

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 109, ¹ 5, maddə 434, ¹ 7, maddə 672; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 4, maddə 355, ¹ 8, maddə 769; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 85 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nın on birinci abzası ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.- 2014.- 23 may.- S.3.