Bakıda Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə komissiyanın ikinci iclası keçirilmişdir

 

Bakıda Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə komissiyanın ikinci iclası keçirilmişdir.

İclasda Azərbaycan tərəfdən çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov demarkasiya prosesinin uğurla davam etdiyini demişdir. Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın inkişaf etdiyini vurğulayan Xələf Xələfov bir neçə sənədin qəbul olunacağını bildirmişdir.

Tərəflər komissiyanın səlahiyyətlərinə uyğun olaraq demarkasiya prosesini aparmaq üçün müvafiq təlimatlar və qaydalar işləyib hazırlamışlar.

İclasda vurğulanmışdır ki, hər iki ölkə rəhbərləri tərəfindən dövlət sərhədi haqqında müqavilə imzalanmış və müvafiq komissiya yaradılmışdır. Komissiyanın Moskvada keçirilən birinci iclasında çox vacib hüquqi sənəd-komissiyanın əsasnaməsi qəbul edilmişdir ki, bu da demarkasiya ilə bağlı fəaliyyət göstərilməsinə əsas yaradır.

 

Azərbaycan.- 2014.- 23 may.- S.3.