«Azərbaycan ailəsi-2014» film festivalının qalibləri mükafatlandırılmışlar

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev FondununBMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan ailəsi-2014" VI film festivalı başa çatmışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə mayın 22-də Nizami Kino Mərkəzində festivalın təntənəli bağlanış mərasimi keçirilmişdir.

Əvvəlcə festivala təqdim olunmuş filmfotolardan ibarət videoçarx nümayiş etdirilmişdir.

Mərasimdə AQUPDK-nın sədri, professor Hicran Hüseynova 2009-cu ildən başlayaraq bu mövzuda beş festivalın yüksək səviyyədə keçirildiyini bildirmişdir. Artıq festivalın ənənə halını aldığını diqqətə çatdıran komitə sədri bu mötəbər yarışmanın ildən-ilə coğrafiyasının genişləndiyini və ölkənin hüdudlarından kənara çıxdığını söyləmişdir.

 Hicran Hüseynova festivalın yüksək səviyyədə keçirilməsinə dəstək göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya, həmçinin BMT-nin Əhali Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə minnətdarlığını bildirmişdir.

H.Hüseynova qeyd etmişdir ki, bu gün dövlətimiz  milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük səylər göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət ailə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin ailələrin inkişafı və sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli dəyərləri və müasirliyi  özündə birləşdirən ailə modelinin yorulmaz təbliğatçısı kimi bu sahədə fəaliyyəti örnəkdir.

H.Hüseynova bildirmişdir ki, festivalın əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə və milli-mənəvi dəyərlərin gənclər arasında təbliğidir. Məqsədlərdən biri də cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla, onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Bu filmlərdə müsbət keyfiyyətlərlə yanaşı, digər vacib problemlər - erkən nikah, uşaqların, xüsusilə, qızların təhsildən yayınması, insan alveri,  ailənin psixoloji vəziyyəti, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası də öz əksini tapmışdır.

Komitə sədri diqqətə çatdırmışdır ki, ötən müddət  ərzində   təşkilat komitəsinə  on üç xarici rejissor da daxil olmaqla 170-ə  yaxın film təqdim edilmişdir. Qeyd edilmişdir ki, builki festivala isə 3 ay müddətində 30-dan çox film və 20-dən artıq fotoşəkil təqdim olunmuşdur.

Nəzərə çatdırılmışdır ki, bu il ilk dəfə olaraq "Azərbaycan ailəsi-2014" film festivalı çərçivəsində "Həyatdan şəklə"  fotomüsabiqəsi də keçirilmiş, bu yarışmaya 22 həvəskar və peşəkar fotoqraf qatılmışdır. Festivalda həm gənc, həm də yaşlı nəslin nümayəndələri böyük həvəslə iştirak etmişlər. 

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, İctimai TeleviziyaRadio Yayımları Şirkətinin baş direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək festivalın əsas məqsədinin cəmiyyətdə ailə institutunu və mənəvi dəyərləri möhkəmlətməkdən, eyni zamanda, milli ailə ənənələrini təbliğ edib yaşatmaqdan ibarət olduğunu bildirmişlər. Onlar milli kino sənətimizin təbliği və inkişafı üçün bu festivalların əhəmiyyətini qeyd etmişlər.

Bu sahədə AQUPDK-nin fəaliyyətini yüksək qiymətləndirən natiqlər festivalın yüksək səviyyədə təşkil olunmasına görə komitənin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mədəni-əxlaqi dəyərlərini aşılayan televiziya filmlərinin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyəti olduğu diqqətə çatdırılmışdır. Gələcəkdə yaradıcı gənclərin bu sahədə peşəkar mütəxəssis kimi yetişməsində festivalın böyük əhəmiyyət kəsb edəcəyi xüsusi vurğulanmışdır.

Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilmişdir.

Sonda müxtəlif nominasiyalar üzrə "Azərbaycan ailəsi-2014" VI film festivalının və "Həyatdan şəklə" fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

Azərbaycan.- 2014.- 23 may.- S.4.