Microsoftinformasiya texnologiyaları sahəsində qadın mütəxəssisləri dəstəkləyir

 

Mayın 22-də Bakıda “Microsoft Azerbaijan” şirkətinin və “ADA” Universitetinin təşkilatçılığı ilə ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr edilmişDigiGirlz” konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirə 100-dən artıq iştirakçı qatılmışdır.

KonfransdaMikrosoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru xanım Viki Rentzepi, “Red Communicationsagentliyinin baş direktoru Tatyana Mikayılova, “Microsoft Azerbaijan” şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, “ADA” Universitetinin müəllimi Şəmsiyyə Mustafayeva çıxış edərək qadınların informasiya texnologiyalarının inkişafında rolundan söhbət açmışlar.

Bildirilmişdir ki, “DigiGirlz” konfransının əsas məqsədi Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsində geniş imkanlar yaradacaqdır.

Konfrans tələbələrə gender stereotiplərini qırmağa və informasiya-kommunikasiya texnologiyaları sahəsində karyera qurmağı şərait yaradacaqdır.

Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş qadınlarla ünsiyyət yaradaraq onların fəaliyyətləri ilə tanış olmuşlar.

DigiGirlz” “Microsoft” Korporasiyasının gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran proqramıdır.

 

Azərbaycan.- 2014.- 23 may.- S.4.