Azərbaycanın Avropa
Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində
müəyyən etdiyi prioritetlər
yüksək qiymətləndirilir
Mayın
23-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov Avropa Şurası Parlament
Assambleyasının sədri xanım Ann Brasör ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə O.Əsədov Ann
Brasör ilə 2012-ci ildə keçirdiyi
görüşü xatırlamışdır. Sədr
növbəti görüşün Bakıda, Avropa
Şurası Parlament Assambleyasının daimi komitəsinin
iclasında reallaşmasından məmnunluğunu
bildirmişdir. O, demişdir ki, Azərbaycan bu iclasın
yüksək səviyyədə keçirilməsi
üçün əlindən gələni etmişdir.
Ann
Brasör bildirmişdir ki, Azərbaycan bir sıra sahələrdə
böyük uğurlar əldə etmişdir. Eyni zamanda, rəsmi
Bakı Avropa Şurasının bir sıra
konvensiyalarını da qəbul etmişdir. A.Brasör Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi
müddətində müəyyən etdiyi prioritetlərin
yüksək qiymətləndirildiyini
vurğulamışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 24 may.- S.1.