"Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin
blanklarının ciddi hesabat
sənədi kimi uçotu
Qaydaları"nın və "Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin
blanklarının spesifikasiyası"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 110 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 129 Bakı şəhəri,
5 may 2014-cü il
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 736; 2008, ¹ 4, maddə 316; 2012, ¹ 11, maddə 1211; 2013, ¹ 9, maddə 1128) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın 1.1-ci bəndində (ikinci halda) "vətəndaşının" sözü "vətəndaşı olan övladının" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 24 may.- S.2.