Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Barəsində Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxartma haqqında qərar
qəbul edilmiş əcnəbilərin və
vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz
miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və
saxlanılması Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 130 Bakı şəhəri,
5 may 2014-cü il
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1106) ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar, Cəzaların İcrası və Miqrasiya məcəllələrində nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər.".
2. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
"2-1. Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılanadək, qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilirlər.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 24 may.- S.2.