"Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili
Qaydaları"nın və
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından
istifadəyə buraxılış dərəcəsi"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli
5 nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 132 Bakı şəhəri,
5 may 2014-cü il
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹1, maddə 29; 2013, ¹ 8, maddələr 999, 1033) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6.5.2.4-cü yarımbənddə "fərdi icazə" sözləri "iş icazəsi" sözləri ilə əvəz edilsin.
2. 6.5.2.5-ci yarımbənddə "müvəqqəti yaşamaq" sözləri "müvəqqəti və ya daimi yaşamaq" sözləri ilə əvəz edilsin və həmin yarımbənddən "immiqrant və" sözləri çıxarılsın.
3. 6.7.1.3-cü yarımbənddə "ölkəyə gəlməsi" sözləri və 6.7.1.4-cü yarımbənddə "ölkəyə daxil olması" sözləri "ölkədə olması" sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 6.7.1.4-1-ci yarımbənd əlavə edilsin:
"6.7.1.4-1. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;".
5. 6.7.1.7-ci yarımbəndin əvvəlinə "üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla" sözləri əlavə edilsin və həmin yarımbənddən "və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə öhdəliklər qoyulmuş" sözləri çıxarılsın.
6. Aşağıdakı məzmunda 6.7.1.12-1-ci-6.7.1.12-3-cü yarımbəndlər əlavə edilsin:
"6.7.1.12-1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatlar;
6.7.1.12-2. hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxslər haqqında məlumatlar;
6.7.1.12-3. inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 24 may.- S.2.