"Miqrasiya orqanları
işçisinin və onun ailəsinin yeni qulluq yerinə
köçməsi, habelə əmlakının
daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi
Qaydası"nın və "Miqrasiya orqanlarında qulluq
yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan miqrasiya orqanlarının
işçilərinə və onların ailə üzvlərinə
mənzil kirayəsi üçün pul kompensasiyasının
məbləği və ödənilməsi
Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 140 Bakı şəhəri,
12 may 2014-cü il
"Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 29 oktyabr tarixli 795-IVQD nömrəli Qanununun tətbiqi
və "Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 18 dekabr tarixli 51 nömrəli Fərmanının
1.3-cü və 1.4-cü bəndlərinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
"Miqrasiya orqanları işçisinin və onun ailəsinin
yeni qulluq yerinə köçməsi, habelə əmlakının
daşınması xərclərinin və birdəfəlik
kompensasiyanın ödənilməsi Qaydası" təsdiq
edilsin (1 nömrəli əlavə).
2.
"Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi
ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya
orqanlarının işçilərinə və onların
ailə üzvlərinə mənzil kirayəsi
üçün pul kompensasiyasının məbləği və
ödənilməsi Qaydası" təsdiq edilsin (2 nömrəli
əlavə).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli
qərarı ilə təsdiq edilmişdir
1 nömrəli
əlavə
Miqrasiya
orqanları işçisinin və onun ailəsinin yeni qulluq
yerinə köçməsi, habelə əmlakının
daşınması xərclərinin və birdəfəlik
kompensasiyanın ödənilməsi
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda Azərbaycan Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə”nin 80-1-ci maddəsinə əsasən
hazırlanmışdır və miqrasiya orqanları
işçisinin və onun ailəsinin yeni qulluq yerinə
köçməsi, habelə əmlakının
daşınması xərclərinin və birdəfəlik
kompensasiyanın ödənilməsi qaydasını müəyyən
edir.
1.2. Yeni qulluq yerinə
köçmə, habelə əmlakın daşınması
xərcləri və birdəfəlik kompensasiya xüsusi
rütbələr nəzərdə tutulan vəzifələrdə
çalışan miqrasiya orqanlarının işçilərinə
(bundan sonra - işçi)və onların ailə üzvlərinə
verilir.
2. Yeni
qulluq yerinə köçmə, habelə əmlakın
daşınması xərclərinin və birdəfəlik
kompensasiyanın məbləğləri
2.1.
İşçiyə və onun ailə üzvlərinə
qulluq yerinə köçməsi ilə əlaqədar
aşağıdakılar ödənilir:
2.1.1. qulluq yerinə getməsi ilə əlaqədar
nəqliyyat xərci;
2.1.2. yolda olan müddət üçün gündəlik
xərc;
2.1.3. əmlakın daşınması
üçün nəqliyyat xərci;
2.1.4. işçiyə birdəfəlik kompensasiya;
2.1.5. işçinin ailə üzvlərinə birdəfəlik
kompensasiya.
2.2. Bu
Qaydanın 2.1-ci bəndində göstərilən xərclər
və
kompensasiyalar (50 kilometrdən çox yol qət etmək
şərtilə) bir yaşayış məntəqəsindən
digər yaşayış məntəqəsinə daimi qulluq
yerinə getməsi üçün işçiyə və
onun ailə üzvlərinə aşağıdakı hallarda
ödənilir:
2.2.1. bir miqrasiya orqanında olan ştat vəzifəsindən
digər miqrasiya orqanının ştat vəzifəsinə təyin
edilərsə;
2.2.2. miqrasiya orqanının daimi dislokasiya yeri dəyişərsə;
2.2.3. miqrasiya orqanlarında qulluq keçmək
üçün ştat vəzifəsinə yeni təyin
olunarsa.
2.3.
İşçiyə və onun ailə üzvlərinə
yeni qulluq yerinə köçməsi, habelə əmlakının
daşınması ilə əlaqədar nəqliyyat xərcləri
və birdəfəlik kompensasiyalar aşağıdakı məbləğdə
ödənilir:
2.3.1. işçiyə və onun ailə üzvlərinə
yeni qulluq yerinə köçməsi ilə əlaqədar nəqliyyat
xərcləri - ümumi istifadədə olan hava, dəmiryol,
su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə
gediş haqqı məbləğində (biletlərin
qabaqcadan satışı üzrə xidmət və qatarlarda
yataq ləvazimatından istifadə üçün xərclər
də daxil olmaqla);
2.3.2. işçiyə yerdəyişmə və ya
vəzifəyə təyin olunma zamanı (50 kilometrdən
artıq məsafə qət edilərsə) birdəfəlik
kompensasiya - yeni təyin olunduğu vəzifə üzrə
bir aylıq vəzifə maaşı və bir aylıq
xüsusi rütbəyə görə əlavə haqq məbləğində;
2.3.3. işçiyə miqrasiya orqanının daimi
dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə
zamanı (məsafədən asılı olmayaraq) birdəfəlik
kompensasiya - bir aylıq vəzifə maaşının və
bir aylıq xüsusi rütbəyə görə əlavə
haqqın 50 faizi məbləğində;
2.3.4 işçinin ailə üzvlərinin hər
birinə bütün hallarda birdəfəlik kompensasiya -
işçinin bir aylıq vəzifə maaşının və
bir aylıq xüsusi rütbəyə görə əlavə
haqqın 25 faizi məbləğində;
2.3.5. işçiyə 3000 kiloqramadək əmlakının
daşınması üçün çəkdiyi faktiki xərc - müvafiq qaydada müəyyən
edilmiştariflər müqabilində.
2.4. Qulluq
yerini dəyişmə və ya vəzifəyə təyin
olunma ilə əlaqədar bir yaşayış məntəqəsindən
digər yaşayış məntəqəsinə gedərkən,
işçiyə və onun ailə üzvlərinə yolda
olduqları bir sutkalıq müddət üçün Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən
gündəlik xərc normaları məbləğində vəsait
verilir.
3. Yeni
qulluq yerinə köçmə, habelə əmlakın
daşınması xərclərinin və birdəfəlik
kompensasiyanın ödənilməsi
3.1. Yerdəyişmə
və ya vəzifəyə təyin olunma ilə əlaqədar
bir yaşayış məntəqəsindən digər
yaşayış məntəqəsinə getmək
üçün 50 kilometrdən çox yol qət edərkən,
işçiyə və onun ailə üzvlərinə bu
Qayda ilə müəyyən edilmiş normalar üzrə yola
çəkilmiş faktiki xərc ödənilir.
3.2.
İşçiyə birdəfəlik kompensasiya yeni təyin
olunduğu iş yerindəki bir aylıq vəzifə
maaşından və bir aylıq xüsusi rütbəyə
görə əlavə haqdan hesablanır. Ailə
üzvlərinə isə birdəfəlik kompensasiya
köçüb gəldikləri günə işçinin
aldığı bir aylıq vəzifə maaşından və
bir aylıq xüsusi rütbəyə görə əlavə
haqdan hesablanır.
3.3.
İşçiyə və onun ailə üzvlərinə
yeni qulluq yerinə köçməsi və əmlakının
daşınması ilə əlaqədar nəqliyyat xərclərinin
ödənilməsi üçün ərizə (raport), yeni
qulluq yerinə köçməsini və əmlakının
daşınmasını təsdiq edən sənədlər
(təyin olunma barədə əmr, sərəncam, göndəriş
vərəqəsi, nəqliyyat vasitələrindən istifadə
biletləri, yükdaşıma qəbzləri) təqdim edilməlidir.
3.4.
İşçinin və onun ailə üzvlərinin yeni
qulluq yerinə köçməsi və əmlakının
daşınması ilə əlaqədar nəqliyyat xərclərinin
ödənilməsi üçün bu Qaydanın 3.3-cü bəndində
göstərilən sənədlər təqdim edilmədiyi
(və ya şəxsi avtomobillə yeni qulluq yerinə getdiyi)
hallarda, həmin xərclər hava, su, dəmiryol və
avtomobil nəqliyyatı ilə gedişə və
yükün daşınmasına görə müəyyən
edilmiş ən aşağı qiymətlərə uyğun
olaraq ödənilir.
3.5. Birdəfəlik
kompensasiya işçinin ərizəsi (raportu), təyin
olunması barədə əmr, ailə üzvlərinin
köçüb gəlmələri və yeni ünvanda
qeydiyyata alınmaları barədə arayış və ya
kirayə müqaviləsi əsasında verilir.
3.6.
İşçinin ailə üzvlərinə birdəfəlik
kompensasiya yeni vəzifəyə təyin edildiyi və ya
dislokasiya yerinin dəyişdiyi gündən bir il müddətində
işçinin ailəsi köçüb onun qulluq yerinə
gələrkən (əgər işçi yeni qulluq yerində
mənzillə təmin olunmayıbsa və ya uşaqları
ali, orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinin
əyani şöbəsində və ümumi təhsil müəssisələrinin
sonuncu siniflərində oxuyursa, mənzillə təmin edildiyi
və uşaqların təhsil müəssisələrini
bitirdiyi gündən bir il müddətinə) ödənilir.
3.7. Birdəfəlik
kompensasiya işçinin onunla birlikdə yaşayan
aşağıdakı ailə üzvlərinə ödənilir:
3.7.1. yaşından və əmək qabiliyyətindən
asılı olmayaraq, arvadına (ərinə);
3.7.2. uşaqlarına və 18 yaşdan yuxarı əlil
övladlarına;
3.7.3. pensiya yaşına çatmış və ya
yaşından asılı olmayaraq əlil valideynlərinə.
3.8.
İşçiyə və onun ailə üzvlərinə
yeni qulluq yerinə köçməsi, habelə əmlakının
daşınması xərcləri və birdəfəlik
kompensasiya ştat vəzifəsinə təyin edildiyi yerdə,
miqrasiya orqanının daimi dislokasiya yeri dəyişdiyi
hallarda isə yeni dislokasiya yerlərində ödənilir.
3.9. Birdəfəlik
kompensasiya işçinin qulluq keçmə yerinə müvəqqəti
olaraq gələn ailə üzvlərinə ödənilmir.
3.10. Yerdəyişmədən
və ya vəzifəyə təyin olunduqdan sonra işçi
yeni qulluq yerinə qulluğa başlamaqdan imtina etdiyi hallarda,
onun özünə və ailə üzvlərinə bu məqsədlə
ödənilmiş bütün xərclər geri
qaytarılmalı və ya işçinin pul təminatından
tutulmalıdır.
_______________________
Azərbaycan Respublikası
NazirlərKabinetinin
2014-cü il 12 maytarixli 140 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli
əlavə
Miqrasiya
orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan miqrasiya orqanlarının
işçilərinə və onların ailə üzvlərinə
mənzil kirayəsi üçün pul kompensasiyasının
məbləği və ödənilməsi
Q A Y D A S
I
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli
930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya
orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin
80-2-ci maddəsinə əsasən hazırlanmışdır
və miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi
ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya
orqanlarının işçilərinə və onların
ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində,
yaşayış məntəqəsindən asılı
olaraq, mənzil kirayəsi üçün pul
kompensasiyasının məbləğini və ödənilməsi
qaydasını müəyyən edir.
1.2. Mənzil kirayəsi
üçün pul kompensasiyası xüsusi rütbələr
nəzərdə tutulan vəzifələrdə
çalışan miqrasiya orqanlarının işçilərinə
(bundan sonra - işçi) və onların ailə üzvlərinə
verilir.
2. Mənzil
kirayəsi üçün pul kompensasiyasının məbləği
2.1.
Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə
əlaqədar yaşayış yeri olmayan işçilərə
və onların ailə üzvlərinə yaşayış
məntəqəsindən asılı olaraq, mənzil kirayəsi
üçün pul kompensasiyası hər ay
aşağıdakı məbləğlərdə ödənilir:
2.1.1.
Bakı şəhərində - 47 manat;
2.1.2. başqa şəhər və rayon mərkəzlərində
- 33 manat;
2.1.3. digər yaşayış məntəqələrində
- 28 manat.
2.2.
İşçiyə onun hər bir ailə üzvünə
görə bu Qaydanın 2.1-ci bəndində göstərilən
müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə
pul kompensasiyası ödənilir.
3. Mənzil
kirayəsi üçün pul kompensasiyasının ödənilməsi
3.1.
Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə
əlaqədar yaşayış yeri olmayan işçilərə
və onların ailə üzvlərinə qulluq keçdiyi
dövr ərzində mənzil kirayəsi üçün pul
kompensasiyası aşağıdakı sənədlər əsasında
ödənilir:
3.1.1. işçinin ərizəsi (raportu);
3.1.2. Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi
idarələri tərəfindən işçinin qulluq
keçdiyi müvafiq miqrasiya orqanının yerləşdiyi ərazidə
onun və yetkinlik yaşına çatmış ailə
üzvlərinin mülkiyyətində mənzilin
(yaşayış sahəsinin) olub-olmaması haqqında verilən
arayış;
3.1.3. mənzilin kirayə götürülməsi
barədə notariat qaydasında təsdiq edilmiş müqavilə;
3.1.4. işçinin və ailə üzvlərinin
şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin
(evli olduğu halda), 16 yaşına çatmamış
uşaqlarının doğum haqqında şəhadətnamələrinin
surəti.
3.2. Yeni
qulluq yerinə gəlmiş işçi kirayədə
yaşaması barədə müraciət edərkən, bu
Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş sənədləri
təqdim etməlidir. Mənzilin kirayəsi
üçün pul kompensasiyası mənzilin kirayə
götürülməsi barədə müqavilənin
imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə
təyin edilmə günündən tez olmayaraq, miqrasiya
orqanının rəhbərinin bu barədə əmrindən
sonra ödənilir.
3.3. Bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən
edilmiş sənədlər hər ilyenidən toplanaraq təqdim
edilməlidir.
3.4.
İşçinin ailə tərkibində dəyişikliklər
baş verərsə, bu barədə işçi tərəfindən
rəhbərliyə məruzə edilməli və pul
kompensasiyası ilə bağlı müvafiq sənədlər
təqdim olunmalıdır.
3.5. Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti tərəfindən xidməti
yaşayış sahəsi ilə (digər yaşayış
sahəsi ilə) təmin edilmiş işçilərə mənzil
kirayəsi üçün pul kompensasiyası ödənilmir.
Azərbaycan.-2014.- 25 may.- S.2.