"Məhsul
nümunələrinin götürülməsi
ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin
sahibkar tərəfindən
əvəzinin ödənilməsi
Qaydaları və müddətləri"nin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 142 Bakı
şəhəri, 12 may 2014-cü il
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
"Məhsul nümunələrinin
götürülməsi ilə
bağlı yoxlayıcı
orqanın çəkdiyi
xərclərin sahibkar
tərəfindən əvəzinin
ödənilməsi Qaydaları
və müddətləri"
təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2014.- 25 may.- S.2.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2014-cü il 12
may tarixli 142 nömrəli
qərarı ilə təsdiq edilmişdir
Məhsul
nümunələrinin götürülməsi
ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin
sahibkar tərəfindən
əvəzinin ödənilməsi
Qaydaları və müddətləri
1. Ümumi müddəalar
1.1. Məhsul nümunələrinin
götürülməsi ilə
bağlı yoxlayıcı
orqanın çəkdiyi
xərclərin sahibkar
tərəfindən əvəzinin
ödənilməsi Qaydaları
və müddətləri
(bundan sonra – Qaydalar) “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli
714-IVQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
28 avqust tarixli 955 nömrəli Fərmanının
1.1.12-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə hazırlanmışdır və
sahibkarlıq sahəsində
aparılan yoxlamalar zamanı məhsul nümunələrinin götürülməsi
ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin
əvəzinin sahibkar
tərəfindən ödənilməsi
qaydalarını və
müddətlərini müəyyən
edir.
1.2. Sahibkarlıq sahəsində
aparılan yoxlamalar zamanı məhsul nümunələrinin götürülməsi
ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin
əvəzinin sahibkar
tərəfindən ödənilməsi
(bundan sonra –xərclərin əvəzinin
ödənilməsi) “İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının
Qanununa, “Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
və bu Qaydalara əsasən həyata keçirilir.
2. Xərclərin əvəzinin
ödənilməsi
2.1. Yoxlama zamanı götürülən məhsul
nümunələrinin dəyərinin
ödənilməsi, onların
saxlanılması, tədqiq
(sınaq) edilən parametrlərinin dəyişilməz
saxlanılması, daşınması,
tədqiqinin (sınağının)
aparılması, alınmış
nəticələr barədə
məlumat verilməsi,
məhsulun daha sonrakı satışı
və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin
məhsulun tədqiqi
(sınağı) barədə
yoxlayıcı orqanın
qərarının nəticəsi
olaraq yaranan bütün digər xərclər yoxlayıcı
orqanın hesabına ödənilir.
2.2. Əgər məhsul nümunələrinin tədqiqinin
(sınağının) nəticələri
məhsulun müəyyən
edilmiş tələblərə
uyğun olmadığını
və bu uyğunsuzluğun insan həyatına və ya sağlamlığına,
ətraf mühitə
və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə
yaratdığını və
ya mühüm zərər vurduğunu müəyyən edərsə,
yoxlayıcı orqanın
bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi
sahibkar tərəfindən
aşağıdakı hallar
istisna olunmaqla ödənilməlidir:
2.2.1. xərclərin yoxlayıcı orqan tərəfindən faktiki
olaraq çəkilmədiyi;
2.2.2. xərclərin çəkilməsi barədə
sənədli təsdiqləmənin
olmadığı;
2.2.3. xərclərin yoxlayıcı orqan tərəfindən məhsul
nümunələrinin qanunsuz
götürülməsi, o cümlədən “Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydalara əməl edilmədən
götürülməsi ilə
əlaqədar çəkilmədiyi
hallar.
2.3. Yoxlayıcı orqan götürülmüş məhsul
nümunələrinin tədqiqinin
(sınağının) nəticələri
barədə protokolu aldıqdan sonra bu Qaydaların 2.2-ci bəndində nəzərdətutulmuş
halda xərclərin əvəzinin ödənilməsi
haqqında 5 (beş) iş günü müddətində
qərar qəbul edir. Qərar yoxlayıcı orqanın rəhbəri və ya onun həvalə
etdiyi vəzifəli şəxs tərəfindən
imzalanaraq, 3 (üç)
iş günü müddətində sahibkara
təqdim edilir və ya sifarişli
poçt göndərişi
vasitəsilə göndərilir.
2.4. Xərclərin əvəzinin
ödənilməsi haqqında
qərarda aşağıdakılar
göstərilir:
2.4.1. qərarın nömrəsi və tarixi;
2.4.2. yoxlayıcı orqanın adı;
2.4.3. xərclərin əvəzini ödəməli
olan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
2.4.4. bu Qaydaların
2.1-ci bəndinə uyğun
olaraq, yoxlayıcı
orqanın çəkdiyi
xərclərlə bağlı
sahibkar tərəfindən
ödənilməli olan
məbləğ;
2.4.5. xərclərin əvəzinin ödənilməsi
üçün nəzərdə
tutulan hesabın rekvizitləri;
2.4.6. yoxlayıcı orqanın rəhbərinin
və ya onun həvalə etdiyi vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və imzası.
2.5. Sahibkar qərarı aldığı vaxtdan 30
(otuz) gün müddətində xərclərin
əvəzini dövlət
büdcəsinə köçürür.
2.6. Xərclərin əvəzi
bu Qaydaların 2.5-ci bəndində göstərilən
müddətdə ödənilmədikdə,
yoxlayıcı orqan ödəmənin təmin
edilməsi barədə
sahibkara yazılı xəbərdarlıq təqdim
edir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərir.
2.7. Xəbərdarlığın verildiyi
gündən sonrakı
10 (on) gün müddətində
sahibkar tərəfindən
ödəmə həyata
keçirilmədikdə, yoxlayıcı
orqan tələbin məcburi icraya yönəldilməsi haqqında
qərar qəbul edir.
2.8. Tələbin məcburi icraya yönəldilməsi
haqqında yoxlayıcı
orqanın qərarının
icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.
2.9. Sahibkar xərclərin əvəzinin
ödənilməsi və tələbin məcburi icraya yönəldilməsi haqqında
yoxlayıcı orqanın qərarlarından inzibati
və (və ya) məhkəmə
qaydasında şikayət verə bilər.