"Mühəndis-axtarış
işlərinin yerinə yetirilməsi
Qaydaları"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 146 Bakı şəhəri,
14 may 2014-cü il
"Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının
1.6.13-cü yarım-bəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
"Mühəndis-axtarış işlərinin yerinə
yetirilməsiQaydaları" təsdiq edilsin (əlavə
olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.- 25 may.- S.2.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 14 may tarixli 146 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Mühəndis-axtarış
işlərinin yerinə yetirilməsi
QAYDALARI
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar“Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun
tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli
Fərmanının 1.6.13-cü yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır.
1.2. Bu
Qaydalar tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin
səmərəli və təhlükəsiz istifadəsi məqsədi
ilə təbii (geoloji) şəraitin və texnogen təsirlərin
öyrənilməsi, eləcə də ərazinin
planlaşdırılması, tikinti obyektlərinin layihələrinin
hazırlanması və əsaslandırılması
üçün zəruri ilkin məlumatlar əldə etmək
məqsədi ilə həyata keçirilən mühəndis-axtarış
işlərinin aparılması qaydasını, bu növ
işlərin yerinə yetirilməsinə dair tələbləri,
işlərin icrası zamanı tikinti və şəhərsalma
fəaliyyəti subyektlərinin vəzifələrini, həmçinin
mühəndis-axtarış işlərinə dair dövlət
nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən
edir.
1.3. Bu Qaydaların əsas məqsədi ərazilərin
sabit inkişafını, insanların həyat fəaliyyətinə
münasib şəraitin yaradılmasını, təbii və
texnogen xarakterli fövqəladə halların
qarşısının alınmasını təmin etmək
üçün tədqiq olunan ərazilərin təbii şəraiti
barədə zəruri və kifayət qədər ətraflı
məlumatların əldə olunmasından ibarətdir.
1.4.
Tikintisinə icazə tələb olunan obyektlərin tikinti
layihələrinin hazırlanması və tikintisinin həyata
keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin
yerləşəcəyi torpaq sahələrinin
planlaşdırılması üçün mühəndis-axtarış
işlərinin aparılması mütləqdir.
1.5.Ərazi planlaşdırılması sənədlərinin
hazırlanmasında, bir qayda olaraq, dövlət geodeziya və
kartoqrafiya fondunun material və məlumatlarından istifadə
olunmalıdır.
2. Mühəndis-axtarış
işlərinin aparılması
2.1.Mühəndis-axtarış işləri
tikinti ərazisinin hüdudları daxilində tikinti obyektlərinin
layihələndirilməsi və tikintisi məqsədi ilə
müvafiq məlumatların hazırlanmasını, torpaq sahəsinin
səmərəli və təhlükəsiz istifadəsi
üçün təbii şəraitin və texnogen təsir
amillərinin kompleks şəkildə öyrənilməsini təmin
edən fəaliyyət növüdür.
2.2.
Mühəndis-axtarış işləri xüsusi
razılıq (lisenziya) almış şəxslər tərəfindən
yerinə yetirilməlidir.
2.3.Mühəndis-axtarış
işlərinin nəticələri vahid informasiya təminatı
sisteminin tərkib hissəsi olan Dövlət Məlumat Fondunda
azı 99 (doxsan doqquz) il müddətində saxlanılır və
ərazi planlaşdırılması sənədlərinin
hazırlanmasında, eləcə də şəhərlərin,
rayonların, qəsəbə və kəndlərin (bələdiyyələrin)
ərazilərində şəhərsalma və tikinti fəaliyyətinin
informasiya təminatı sistemlərinin aparılmasında bu məlumatlardan
istifadə olunur. Şəhərsalma və
tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemlərində
həmçinin təbii və texnogen xarakterli fövqəladə
halların başvermə riskinin əsas amillərinin
siyahısı, onların xarakteristikaları və riskə məruz
qalan ərazilərin xəritələri öz əksini
tapmalıdır.
2.4.
Mühəndis-axtarış işləri
aşağıdakılardan ibarətdir:
2.4.1.
mühəndis-geodeziya işləri;
2.4.2.
mühəndis-geoloji axtarış işləri;
2.4.3.
mühəndis-hidrogeoloji axtarış işləri;
2.4.4. geofiziki işlər;
2.4.5. qruntların laboratoriya tədqiqatları.
2.5.
Mühəndis-axtarış işlərinin
icraçısı (bundan sonra - podratçı) geodezik məntəqələr
(mərkəzlər) yaratmaq, mədən-qazma işləri
aparmaq (buruq quyularının, şurfların və s.
qazılması), stasionar müşahidə şəbəkələri
yaratmaq, torpaq və qruntlardan, havadan, səthi və yeraltı
sulardan, atmosfer yağıntılarından və sənaye
tullantılarından nümunələr götürmək, bu
Qaydaların tələblərinə və sifarişçi
ilə bağlanan müqavilənin şərtlərinə
uyğun olaraq mühəndis-axtarış işlərinin
aparılması üçün lazım olan hazırlıq və
əlaqədar işləri (meydançaların təmizlənməsi
və planlaşdırılması, nişanlama
cihazlarının quraşdırılması, sukənarlaşdırıcıların
və novların yerləşdirilməsi, yolların,
keçidlərin, bərələrin və digər müvəqqəti
qurğuların inşası) yerinə yetirmək hüququna
malikdir.
2.6.
Mühəndis-axtarış işləri zamanı
ölçmə işləri ölçmələrin vəhdətinin
təmin edilməsi üzrə normativ sənədlərin
(metroloji qayda və normaların) tələblərinə
uyğunluğu təsdiq edilmiş və dövlət
sınaqlarından keçirilməklə tipi təsdiq
edilmiş ölçmə vasitələrindən istifadə
edilməklə aparılmalıdır. Ölçmələrin
nəticələri Azərbaycan Respublikasında kəmiyyət
vahidi kimi qəbul edilmiş vahidlərlə ifadə
olunmalıdır.
2.7.
Podratçı sifarişçi tərəfindən təqdim
olunmuş ilkin məlumatları onların
aktuallığını və keyfiyyətini nəzərə
almaqla təhlil edir, çöl və kameral işlərin
yerinə yetirilməsi zamanı həmin məlumatlardan istifadənin
mümkünlüyü və dərəcəsi barədə
qərar qəbul edir.
2.8.
Mühəndis-axtarış işlərinin aparılmasına
dair proqram tərtib edilir. Həmin proqram
sifarişçinin tapşırığına, şəhərsalma
və tikintiyə dair normativ sənədlərə uyğun
olmalı və proqramda təbii şərait, ərazinin tədqiqetmə
dərəcəsi nəzərə alınmaqla, işlərin
tərkib və həcmi, onların yerinə yetirilmə
üsulları əsaslandırılmalıdır.
2.9.
Mühəndis-axtarış işlərinin proqramı işlərin
yerinə yetirilməsi üçün lazım olan tələbləri
və məlumatları, o cümlədən
aşağıdakıları özündə əks etdirməlidir:
2.9.1. ümumi
məlumatlar;
2.9.2. ərazinin
tədqiqetmə dərəcəsinin qiymətləndirilməsi;
2.9.3. tədqiqat
aparılan ərazinin qısa fiziki-coğrafi
xarakteristikası;
2.9.4. işlərin
tərkibi və növləri;
2.9.5. işlərin
keyfiyyətinə nəzarət sisteminə dair məlumatlar;
2.9.6. istifadə
olunan normativ sənədlər;
2.9.7. xüsusi
şərtlər;
2.9.8. təbii
və texnogen proseslərin təhlükəliliyinin və
riskinin qiymətlən-dirilməsi və ərazinin mühəndisi
mühafizəsi üzrə tədbirlərin əsaslandırılması;
2.9.9. təqdim olunan hesabat materialları;
2.9.10. proqrama mətn
və qrafik əlavələr.
2.10.
Mühəndis-axtarış işlərinin proqramına
tapşırığın surəti, habelə ərazinin
(meydançanın, sahənin) sərhədləri, xətti
qurğuların trassaları (xətti qurğuların
başlanğıc və son nöqtələri), layihələndirilən
binaların parametr və qabaritləri göstərilməklə,
sifarişçi tərəfindən təsdiq edilmiş
mövqe planı (sxemi) əlavə olunmalıdır.
2.11.
Mühəndis-axtarış işləri yekunlaşdıqdan
sonra torpaq sahələri təyinatı üzrə istifadə
üçün yararlı vəziyyətə gətirilməli
və gələcəkdə stasionar müşahidələrin
aparılması üçün proqramla istifadəsi
planlaşdırılmamış dağ-mədən
qazıntıları ləğv edilməlidir.
2.12.
Mühəndis-axtarış işləri tikinti işlərinin
layihəqabağı mərhələsində
aparılır. Eyni zamanda, bina və qurğuların texniki vəziyyətindən
asılı olaraq, ərazinin geoloji və hidrogeoloji şəraiti
dəyişildiyi zaman, habelə sifarişçinin arzusu ilə
aşağıda göstərilən mərhələlərdə
və istismar müddətində də mühəndis-axtarış
işlərinin aparılması mümkündür:
2.12.1. tikinti obyektləri inşa, əsaslı təmir,
yenidənqurma və bərpa edildikdə;
2.12.2. inşa edilmiş obyektlərin istismarı
zamanı;
2.12.3. tikinti obyektləri konservasiya edildikdə;
2.12.4. tikinti obyektləri söküldükdə
(demontaj olunduqda).
2.13.
Ərazi planlaşdırması ilə bağlı sənədlərin
əsaslandırılması məqsədi ilə yerinə
yetirilən mühəndis-axtarış işləri ərazilərin
funksional təyinatı haqqında qərarların qəbul edilməsi,
onların sabit inkişafının təmin edilməsi, ətraf
mühitin qorunması, planlaşdırma strukturu elementlərinin
ayrılması, dövlət və bələdiyyə əhəmiyyətli
obyektlərin yerləşdirilməsinin
planlaşdırılması, ərazilərin təbii və
texnogen xarakterli fövqəladə hallardan müdafiəsi
üçün lazım olan ərazinin təbiişəraiti
və təbii şəraitin dəyişməsinin
proqnozu barədə kompleks (ətraflı) məlumatların əldə
olunmasını təmin etməlidir.
2.14.
Mühəndis-axtarış işlərinin nəticələri
təbii və texnogen xarakterli fövqəladə halların
yaranma riskinə məruz qalan ərazilərin xəritələrini
özündə əks etdirməlidir.
2.15.
Ərazi planlaşdırılması sənədlərinin
hazırlanmasında mövcud ərazi
planlaşdırılması sənədləri çərçivəsində
görülmüş mühəndis-axtarış işlərinin
nəticələrindən və Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən təqdim olunan topoqrafik və
yerquruluşu materiallarından, həmçinin Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən təqdim olunan meteoroloji, hidroloji,
geoloji və hidrogeoloji materiallardan istifadə edilməlidir. Belə materiallar olmadıqda, planlaşdırılan
ərazi üzrə şəhərsalma və tikintiyə dair
normativ sənədlərin tələblərinə uyğun
mühəndis-axtarış işləri
aparılmalıdır.
2.16. Layihəqabağısənədlərin
hazırlanması mərhələsində tikinti layihələndirilməsinin
məqsədləri üçün yerinə yetirilən
mühəndis-axtarış işləri bina və
qurğuların ətraf mühitlə
qarşılıqlı təsir hüdudlarında mövcud
olan təbii şəraitin detallaşdırılması və
dəqiqləşdirilməsini, onların mühəndis
mühafizəsini, profilaktik və digər zəruri tədbirlərin
həyata keçirilməsi ilə bağlı yekun qərarların
qəbulunu, torpaq işlərinin icrasını, eləcə də
layihə sənədlərinin hazırlanması,
razılaşdırılması və (və ya) təsdiqi
zamanı yaranan ayrı-ayrı məsələlər üzrə
layihə həllərinin dəqiqləşdirilməsini təmin
etməlidir.
2.17.
Tikinti-layihə sənədlərinin hazırlanması mərhələsində
tikinti layihələndirilməsinin məqsədləri
üçün yerinə yetirilən mühəndis-axtarış
işləri bina və qurğuların yerləşdirilməsinin
əsaslandırılması, həmin bina və qurğularla bağlı
konstruktiv və həcm-planlaşdırma həllərinin qəbulu,
obyektlərin mühəndis mühafizəsinin layihələndirilməsi,
ətraf mühitin qorunması ilə bağlı tədbirlərin
və tikintinin təşkili layihəsinin hazırlanması
üçün tələb olunan materialların əldə
olunmasına xidmət etməlidir.
Qeydlər:
1. Təhlükəli
təbii və texnogen proseslərin inkişaf etdiyi və
spesifik qruntların yayıldığı ərazilərdə
və yaxud belə sahələrin yaxınlığında
tikinti obyektinin yerləşdirilməsinə yol verilmir.
2.Tikilib
abadlaşdırılmış ərazilərdə tikintinin
aparılması üçün mühəndis-axtarış
işləri yerinə yetirilərkən bitişik
(yanaşı) və qonşu binaların yükdaşıyan
konstruksiyaları ətraflı öyrənilməli,
planlaşdırılan tikintinin mövcud obyektlərə
potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməlidir.
2.18. Bina
və qurğular inşa, əsaslı təmir, yenidənqurma
və bərpa edildikdəmühəndis-axtarış işləri
bina və qurğuların
dayanıqlılığını,
etibarlılığını və istismara
yararlılığını artırmaq, insanların
sağlamlığını qorumaq və zəruri hallarda
layihə və işçi sənədlərində dəyişikliklər
edilməsi barədə qərarların qəbul edilməsini,
bina və qurğuların bünövrələrinin vəziyyətinin,
inşa edilən, yenidən qurulan, təmir edilən bina və
qurğularda, eləcə də yanaşı ərazilərdəki
bina və qurğularda baş verən deformasiya və
çökmələrin qiymətləndirilməsini təmin
edən material və məlumatları əldə etmək
(toplamaq) məqsədi ilə aparılır.
2.19.
İnşa edilmiş, yenidən qurulmuş və ya əsaslı
təmir olunmuş bina və qurğuların istismarı mərhələsində
mühəndis-axtarış işləri onların texniki vəziyyətinə
nəzarəti həyata keçirmək (o cümlədən əsasların,
inşaat konstruksiyalarının, mühəndis-texniki təminat
şəbəkələrinin, mühəndis mühafizə
qurğularının vəziyyətinin monitorinqi şəklində)
məqsədi ilə yerinə yetirilir.
2.20.
Mühəndis-axtarış işlərinin nəticələri
konkret obyekt (və ya onun hissəsi) üzrə mühəndis-axtarış
işlərinin növlərinə və komplekslərinə
görə texniki hesabat şəklində rəsmiləşdirilməlidir.
Texniki hesabat mətn hissəsindən, həmçinin qrafik, rəqəmsal və digər
formalı əlavələrdən ibarətdir.Texniki hesabat
cild (cildlər) şəklində tərtib edilməlidir. Zərurət olduqda cildlər kitablara və sonra hissələrə
ayrılır.
2.21.
Mühəndis-axtarış işlərinin yerinə yetirilməsinə
dair texniki hesabat ümumi şəkildə
aşağıdakı fəsillərdən ibarət
olmalıdır:
2.21.1. ümumi məlumat;
2.21.2. ərazinin tədqiqedilmə dərəcəsi;
2.21.3. işlərin yerinə yetirildiyi rayonun (ərazinin)
qısa fiziki-coğrafi xarakteristikası;
2.21.4. işlərin yerinə yetirilmə metodologiya və
texnologiyası;
2.21.5.
mühəndis-axtarış işlərinin nəticələri;
2.21.6. işlərin keyfiyyətinə nəzarət və
işlərin qəbulu barədə məlumat;
2.21.7. texniki hesabatın nəticə (rəy) hissəsi;
2.21.8. istifadə olunmuş sənəd və
materiallar;
2.21.9. mətn əlavələri;
2.21.10. qrafik əlavələr və fotomateriallar;
2.21.11. rəqəmsal əlavələr.
2.22.
Mühəndis-axtarış işlərinin nəticələri
bina və qurğuların layihə parametrlərini və digər
layihə xarakteristikalarını, eləcə də bina və
qurğuların təhlükəsizliyinin təmin edilməsi
ilə əlaqədar layihələndirilən tədbirləri
müəyyənləşdirmək üçün əsaslandırılmış
olmalı, təyin edilmiş hesabi göstəricilərin bina
və ya qurğuların inşası və istismarı
prosesində dəyişməsi proqnozunu əks etdirməlidir.
2.23.
Sifarişçinin tələbinə əsasən
hesabatın əlavə nüsxələrinin
hazırlanması podratçı tərəfindən təmin
edilir (tapşırığa uyğun olaraq).
2.24.
Hesabata və onun əlavələrinə daxil edilməyən
çöl və kameral işlərin materialları və məlumatları
podratçının arxivində saxlanmalıdır.
2.25.
Podratçı mühəndis-axtarış işlərinin
keyfiyyətinə nəzarəti özü və yaxud müstəqil
təşkilatları cəlb etməklə həyata keçirir. Keyfiyyətə nəzarətin məqsədi yerinə
yetirilən işlərin tapşırığa, proqrama,
normativ-texniki sənədlərin tələblərinə
uyğunluğunun yoxlanılmasından ibarətdir.
2.26.Mühəndis-axtarış işlərinin nəticələrinə
əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin
texniki vəziyyətinə daimi müşahidə ilə
bağlı tədbirlər tikinti layihəsində nəzərdə
tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar
edildikdə, podratçı tikinti işlərini dərhal
dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə,
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə və
yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidir.
3. Mühəndis-axtarış
işlərinin nəticələrinin yoxlanılması
3.1.
Müvafiq fiziki və hüquqi şəxslər tərəfindən
tikinti məqsədləri üçün
aparılmış mühəndis-axtarış işlərinin
nəticələrinə dair hesabatın şəhərsalma
və tikintiyə dair normativ sənədlərin tələblərinə
uyğun tərtib edilməsinə nəzarət Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) nəzdində
fəaliyyət göstərən Mühəndis-Axtarış
Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata
keçirilir.
3.2.
Mühəndis-axtarış işlərini həyata
keçirən bütün subyektlər tərəfindən
ilk növbədə aparılacaq mühəndis-axtarış
işləri haqqında tərtib edilmiş proqramın layihəsi
razılaşdırılmaq və sonradan həmin işlərin
nəticələrinə rəy verilmək üçün
Agentliyə təqdim olunur.
3.3.
Xüsusi razılıq (lisenziya) alınmadan fiziki və ya
hüquqi şəxslər tərəfindən həyata
keçirilən mühəndis-axtarış işlərinin
nəticələri qəbul edilmir və təqdim olunan sənədlər
rəy tərtib edilmədən geri qaytarılır.
3.4. Mərkəz
fiziki və ya hüquqi şəxslər tərəfindən
aparılan mühəndis-axtarış işlərinin tərkibini
və nəticələrini təhlil edir, zəruri hallarda
seçmə üsulu ilə yerində baxış
keçirir və 10 (on) iş günündən gec olmayaraq,
onların şəhərsalma və tikintiyə dair normativ sənədlərin
tələblərinə uyğun olub-olmaması barədə
rəy verir. Müstəsna hallarda, qeyd olunan rəyin verilməsi
müddəti 15 (on beş) iş
günündən çox olmaması şərtilə
uzadılır.
3.5.
Mühəndis-axtarış işlərinin nəticələrinin
yoxlanılması mülkiyyət formasından asılı
olmayaraq, mühəndis-axtarış işləri aparan fiziki
və hüquqi şəxslər tərəfindən həmin
işlərin müqavilədə göstərilən smeta dəyərinin
3 faizi miqdarında Mərkəzə ödəniləcək vəsait
hesabına aparılır.
3.6.
Mühəndis-axtarış işləri bu Qaydaların
3.1–3.5-ci bəndlərinə uyğun olaraq Mərkəz tərəfindən
həmin işlərin şəhərsalma və tikintiyə
dair normativ sənədlərinə uyğunluğuna dair rəy
verildikdən sonra başa çatmış hesab olunur.
3.7. Mühəndis-axtarış
işlərinin yerinə yetirilməsinin nəticəsi olaraq,
podratçı hesabatın kağız
daşıyıcılarda 4 nüsxəsini hazırlayır. Hesabatın 3 nüsxəsi sifarişçiyə təqdim
olunur, 1 arxiv nüsxəsi isə podratçıda
saxlanılır. Hesabatın iki nüsxəsi
sifarişçiyə elektron formatda təqdim edilməli, bir
nüsxəsi isə elektron formatda podratçının
arxivində saxlanmalıdır.
3.8. Bu
Qaydaların 3.1–3.6-cı bəndlərinə uyğun olaraq
yoxlanılmış və şəhərsalma və tikintiyə
dair normativ sənədlərə uyğunluğu təsdiq
olunmuş mühəndis-axtarış işlərinin nəticələri
Mərkəz tərəfindən 10 (on) gün müddətində
bir nüsxəsi kağız formasında sifarişçiyə
və bir nüsxəsi isə elektron formada Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinə təqdim edilir.
3.9. Mərkəz
eyni zamanda, mühəndis-axtarış işlərinin
aparılması üçün ölçmələrin vəhdətinin
təmin edilməsi üzrə normativ sənədlərin
(metroloji qayda və normaların) tələblərinə
uyğunluğu təsdiq edilmiş və dövlət
sınaqlarından keçirilməklə tipi təsdiq
edilmiş ölçmə vasitələrinin tətbiq edilməsini
yoxlayır.
3.10.
Mühəndis-axtarış işləri şəhərsalma
və tikintiyə dair normativ sənədlərin tələblərinə
uyğun yerinə yetirilməlidir.
3.11. Mərkəz tərəfindən razılaşdırılmamış
və rəy verilməmiş mühəndis-axtarış sənədləri
tikinti layihələrinin işlənilməsi
üçün əsas ola bilməz.