"Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 148 Bakı şəhəri, 16 may 2014-cü il
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamının 2.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 156; 2013, ¹ 6, maddə 766) ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 4.4-cü bəndində "599000000" və "299500000" rəqəmləri müvafiq olaraq "726146366" və "363073183" rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 25 may.- S.2.