Rabitə və yüksək texnologiyalar naziri
Əli Abbasov Siyəzəndə
vətəndaşları qəbul etmişdir
Rabitə
və yüksək texnologiyalar naziri Əli Abbasov Siyəzəndə
bu rayondan, eləcə də Şabran və Xızı
rayonlarından olan vətəndaşları qəbul
etmişdir.
Vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin bir qismi yerindəcə həllini tapmışdır.
Nazirliyin idarə rəislərinin,
struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda nazir Əli Abbasov vətəndaşların
təklifləri və qaldırdıqları məsələlərlə
bağlı müvafiq göstərişlər
vermişdir. Nazirliyin
səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti
orqanlara çatdırılmaq üçün qeydiyyata
alınmış və nəzarətə götürülmüşdür.
Azərbaycan.-2014.- 25 may.- S.3.