Azərbaycanın vergilər naziri Fransada bir sıra görüşlər
keçirmişdir
Fransada işgüzar
səfərdə olan
Azərbaycanın vergilər
naziri Fazil Məmmədov bir sıra görüşlər
keçirmişdir.
F.Məmmədovun Fransa dövlət
büdcə məsələləri
üzrə naziri Kristian Ekertlə görüşündə azərbaycanlı
iş adamlarına Fransada və fransalı investorlara ölkəmizdə əlverişli
şəraitin yaradılması
məsələləri diqqət
mərkəzində olmuşdur.
Fransalı nazir ölkəsinin
bu sahədə hərtərəfli yardım
göstərməyə hazır
olduğunu bildirmişdir.
Nazir F.Məmmədov
ölkəmizdəki vergi
sistemi barədə ətraflı məlumat vermiş, Prezident İlham Əliyevin yürütdüyü uğurlu
daxili və xarici siyasət nəticəsində Azərbaycanın
çox sürətlə
inkişaf etdiyini, bununla yanaşı vergi sisteminin də təkmilləşdiyini
bildirmişdir.
Azərbaycanın vergi sistemindəki qabaqcıl və müsbət təcrübələrdən
bəhs edən F.Məmmədov bu sahədə vergi ödəyicilərinə göstərilən
elektron xidmətlərdən,
həyata keçirilən
yeni layihələrdən
danışmışdır.
Nazir hər iki tərəf üçün xüsusi
maraq doğuran Avropa İttifaqının
Azərbaycana yardımı
çərçivəsində yeni tvinninq layihəsinin
həyata keçirildiyini
vurğulamış, bu
layihə ilə bağlı elan olunan tenderdə birgə çıxış
edən Fransanın və İspaniyanın vergi administrasiyasının
qalib gəldiyini bildirmişdir. Azərbaycanın
vergi administrasiyası
üçün kadr potensialının inkişafında
Fransanın dəstəyinin
vacibliyini vurğulayan
F.Məmmədov bu məsələnin ölkəmiz üçün
çox önəmli
olduğunu diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, nazirlik bilik
menecmentinə üstünlük
verən bir vergi orqanı kimi çıxış edir və bu
istiqamətdə Azərbaycan
üçün maraqlı
olan kadrların distant
təhsilinin təşkili,
onların biliklərinin
müasir səviyyəyə
qaldırılması çox
vacib məsələdir.
Fransa və İspaniya vergi orqanlarının elektron audit sahəsində
müsbət təcrübələrinin
olduğunu vurğulayan
nazir, Azərbaycanın
vergi orqanlarında çalışan əməkdaşların
Fransada uzunmüddətli
təcrübə keçməsi
təklifini irəli sürmüşdür.
Fransalı nazir bu təklifi
çox müsbət
qəbul etmiş, məsələ ilə bağlı dərhal baş direktora xüsusi tapşırıq
verəcəyini, tvinninq
layihəsini həyata
keçirməkdə Azərbaycana
hər cür dəstək göstərməyə
hazır olduqlarını
bildirmişdir.
Əvvəllər Azərbaycanın Vergi
Məcəlləsində və
qanunlarında, o cümlədən,
“Banklar haqqında” Qanunda bank məlumatlarının
mübadiləsi və
şəffaflığın təmin edilməsinin mümkünsüzlüyünü, məsələ ilə əlaqədar ciddi dəyişikliyin tələb
olunduğunu vurğulayan
F.Məmmədov bu istiqamətdə aparılan
məqsədyönlü işlərin
2012-ci ilin sonlarında
başa çatdığını,
2013-cü il yanvarın
1-dən etibarən bu
məsələnin həyata
keçirilməsinə imkan
yarandığını, 2014-cü ilin yanvarından isə ona konvensiyaya
dair protokol sənədini imzalamaq səlahiyyətinin verildiyini
bildirmişdir. Tezliklə bank məlumatlarının mübadiləsini
əks etdirən Strasburq Konvensiyasının
imzalanacağını diqqətə
çatdırmışdır.
Fransalı nazir bu xəbəri böyük məmnuniyyətlə qarşılamış,
digər ölkələrin
də Azərbaycanın
yolu ilə gedərək konvensiya sənədini imzalayacaqlarına
əminliyini bildirmiş,
Prezident Fransua Ollandın respublikamıza
səfərindən sonra
hər iki ölkənin müxtəlif
nazirlikləri arasında
əməkdaşlığa marağın artdığını
xüsusi vurğulamışdır.
Görüşün sonunda F.Məmmədov Fransanın büdcə nazirini ölkəmizə səfərə dəvət
etmişdir.
Dəvəti böyük məmnuniyyətlə
qəbul edən K.Ekert ölkəmizin çox sürətli iqtisadi inkişafına böyük maraq göstərdiyini bildirmişdir.
Parisdəki Azərbaycan Mədəniyyət
Mərkəzində ölkəmizin
Güləş Federasiyasının
prezidenti Fazil Məmmədov fransalı həmkarı Alen Bertolonla görüşmüşdür.
Görüşdə A.Bertolon 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa
Oyunlarına böyük
maraq göstərdiklərini
və bu oyunların Fransada təbliği istiqamətində
hər cür köməyə hazır olduğunu bildirmiş, cari ilin dekabrında
Fransada güləşçilərimizin
yarışının təşkilini
təklif etmişdir.
Fazil Məmmədov
Avropa Oyunları ərəfəsində fransalı
güləşçilərin ölkəmizdə azərbaycanlı
güləşçilərlə birlikdə təlim məşq toplantısında
iştirakının əhəmiyyətini
vurğulamışdır.
Sonda hər iki tərəf bu istiqamətdə birgə fəaliyyət göstərmək barədə
ümumi razılığa
gəlmişdir.
Azərbaycanın vergilər naziri sonra İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının
(İƏİT) baş katibi
Anxel Qurria ilə görüşmüşdür.
Görüşdə, Azərbaycanın təşkilat
tərəfindən 1988-ci ildə
qəbul edilmiş “Vergi məsələləri
üzrə qarşılıqlı
inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə
qoşulması haqqında
protokol imzalanmışdır.
Sənədi vergilər naziri F.Məmmədov və baş katib Anxel Qurria imzalamışlar.
Söhbət zamanı bu təşkilat ilə Azərbaycan arasında əlaqələrin inkişafından
məmnunluq ifadə olunmuş, A.Qurria Azərbaycan Respublikasının
konvensiyaya edilmiş dəyişiklərə dair
protokola qoşulmasını
mühüm hadisə
adlandırmış, bu
mənada ölkə rəhbərliyinin göstərdiyi
siyasi iradəni həlledici amil kimi dəyərləndirmiş
və bu faktın Azərbaycanın
vergi sisteminin şəffaflığının göstəricisi olduğunu
bildirmişdir.
Təşkilatın baş katibinin müavini İv Letermin Azərbaycanda keçirilən İkinci
Qlobal Açıq Cəmiyyətlər forumunda
iştirakı zamanı
Prezident İlham Əliyev tərəfindən
qəbul olunduğu xatırlanmış, həmin
görüşdə konkret
sahələrdə əməkdaşlıq
məsələlərinin müzakirə
edildiyi diqqətə çatdırılmışdır.
Vergilər naziri Fazil Məmmədov
İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı ilə
imzalanmış protokolu
yüksək qiymətləndirmiş,
Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin
bu nüfuzlu təşkilatla əməkdaşlıqdan
məmnun olduğunu bildirmişdir.
Bu qurumla Azərbaycanın sıx münasibətlərinin
formalaşdığını vurğulayan nazir demişdir ki, indiyə qədər təşkilat rəhbərləri
dəfələrlə ölkəmizdə
səfərdə olmuş,
bu gün də İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı
ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında
saziş layihəsinin
müzakirələri davam
edir.
Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri
ətraflı müzakirə
olunmuşdur.
F.Məmmədov A.Qurrianı Azərbaycana səfərə dəvət
etmişdir.
Azərbaycan.-2014.- 25 may.- S.4.