Gürcüstanın Prezidenti
Zati-aliləri cənab Georgi
Marqvelaşviliyə
Hörmətli
cənab Prezident,
Gürcüstanın
milli bayramı münasibətilə Sizə və
bütün xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Xalqlarımızı
dərin tarixi kökləri olan möhkəm dostluq və
mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni
zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan
dövlətlərarası münasibətlərimiz
bütün sahələrdə səmərəli əməkdaşlığımız
üçün geniş imkanlar açmışdır.
Bu
yaxınlarda Tbilisidə keçirdiyimiz
görüşümüzü məmnuniyyətlə
xatırlayıram. İnanıram ki, Azərbaycan ilə
Gürcüstan arasındakı sıx əməkdaşlıq
və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin
çiçəklənməsinə, regionda sülhə,
sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 21 may 2014-cü il.
Azərbaycan.-2014.- 27 may.- S.1.