Çin Xalq
Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Hörmətli
cənab Sədr,
Urumçi
şəhərində çoxsaylı insan tələfatına
səbəb olmuş terror aktı bizi olduqca hiddətləndirdi.
Biz
bu cür amansız hərəkətləri kəskin pisləyir,
terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə
mübarizə aparılmasına tərəfdar
çıxırıq.
Baş
vermiş faciə ilə əlaqədar kədərinizi
bölüşür, Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, bütün Çin xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananların
tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 26 may 2014-cü il.
Azərbaycan.-2014.- 27 may.- S.1.